Livan: İsrail dərk etməlidir ki, tək yol danışıqlardır
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Livan prezidenti Cozef Aun İsrailin sərhəd kəndlərini dağıtmaqla təhlükəsizliyi təmin edə biləcəyinə dair inancının səhv olduğunu bildirib və əlavə edib ki, "İsrail təhlükəsizliyin yeganə yolunun danışıqlar yolu ilə olduğunu başa düşməlidir".
Turkustan.az xəbər verir ki, Livan Prezident Aparatının açıqlamasına görə, Aun Beyrutdakı Baabda Sarayında keçmiş nazir Məhəmməd Şakerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Aun ABŞ-ın vasitəçiliyi ilə İsrail ilə birbaşa danışıqlar və İsrailin Livandakı hücumları ilə bağlı açıqlamalar verib.
Aun ABŞ-ın İsrail ilə danışıqlara başlamaq üçün bir tarix təyin etməsini gözlədiklərini bildirib və əlavə edib: "Livan sənədi bu gün ABŞ prezidentinin masasındadır. Bu, ölkəmizə təhlükəsizlik və sülh gətirmək üçün istifadə etməli olduğumuz bir fürsətdir".
Avn atəşkəs elan olunmasına baxmayaraq, İsrailin hücumlarını davam etdirməsinin qəbuledilməz olduğunu bildirdi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 29 Aprel 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















