Livan Prezidenti: İsraillə danışıqlar zəiflik əlaməti deyil
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
İsraillə aparılan danışıqlar zəiflik əlaməti və ya güzəşt demək deyil, əksinə bu, müharibənin sona çatdırılmasına yönəlib.
APA xəbər verir ki, bu bəyanatı Livan Prezidenti Cozef Aun Cezzine bölgəsini təmsil edən deputatlar və bələdiyyə sədrlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.
Livan Prezidentinin sözlərinə görə, danışıqlarda iştirak etmək qərarı hücumların dayandırılması, İsrail qoşunlarının geri çəkilməsi və əsirlərin qaytarılması şərti ilə uzun onilliklər davam edən müharibə, ölüm və dağıntılardan sonra sülhə nail olmaq məqsədi daşıyır.
O, həmçinin Livan vətəndaşlarını bu prosesdə hökumətin yanında olmağa çağırıb.
Prezident qeyd edib ki, Hizbullah və onun tərəfdarları tərəfindən səsləndirilən etirazlara və narahatlıqlara baxmayaraq, ölkənin maraqları naminə birlik nümayiş etdirilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 21 Aprel 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















