Icma.az
close
up
RU
İsraillə danışıqlar təslim olmaq demək deyil Livan Prezidenti

İsraillə danışıqlar təslim olmaq demək deyil Livan Prezidenti

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Livan Prezidenti Cozef Aun İsraillə aparılan danışıqların güzəşt və ya təslimçilik kimi qiymətləndirilməməli olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Prezident açıqlamasını 2000-ci ildə İsrail qoşunlarının Livanın cənubundan geri çəkilməsinin ildönümü münasibətilə edib. Aunun sözlərinə görə, danışıqların əsas məqsədi Livanın suverenliyini və ərazi bütövlüyünü qorumaqdır.

“İsrailin tamamilə geri çəkilməsinə gedən yol heç kimin imtina etməyəcəyi sarsılmaz milli tələb olaraq qalır. Livan dövləti buna nə güzəşt, nə də təslim olmaq, əksinə Livanın öz torpaqlarını və suverenliyini qorumaq üçün müstəsna hüququnun yenidən təsdiqlənməsini təmsil edən danışıqlar yolu ilə nail olmağa çalışır”, - deyə prezident bildirib.

Aun vurğulayıb ki, Cənubi Livanın azadlığına ən böyük hörmət güclü və suveren dövlətin qurulması ilə ifadə olunmalıdır. Onun fikrincə, ölkənin suverenliyi hər bir Livan vətəndaşının məsuliyyəti olmalıdır.

Qeyd edək ki, Cənubi Livan 1978-ci ildən İsrailin nəzarəti altında olub. İsrail 2000-ci il mayın 25-də bölgədən tam geri çəkilib və həmin tarix Livanda Azadlıq Günü kimi qeyd olunur.

Məlumata görə, Livan və İsrail arasında səfirlər səviyyəsində ilk birbaşa danışıqlar aprelin 16-da Vaşinqtonda keçirilib. Bundan sonra ABŞ Prezidenti tərəfindən İsrail və Hizbullah arasında atəşkəs elan olunub.

Hizbullah isə Livan hökumətinin İsraillə birbaşa danışıqlara başlamasını tənqid edib.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 May 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see278

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see276

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see243

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see232

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see223

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see218

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see216

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see210

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see205

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see201

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see190

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see187

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see187

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see187

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see186

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see184

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see184

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see173

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see171

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri