Livan və Suriyanın müdafiə nazirləri sərhəddə atəşi dayandırmaq barədə razılığa gəliblər
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Livan və Suriyanın müdafiə nazirləri Mişel Menassa və Murhaf Əbu Qasra sərhəddə atəşkəs barədə razılığa gəliblər.
APA xəbər verir ki, Suriyanın Müdafiə Nazirliyinin məlumatına görə Livan tərəfinin təşəbbüsü ilə müdafiə nazirləri arasında telefon danışığı baş tutub.
“Əldə olunan razılıq sərhəd bölgələrində vəziyyətin sabitləşdirilməsi üçün iki tərəf arasında koordinasiya və əməkdaşlığın artırılmasını nəzərdə tutur. Müdafiə naziri general-mayor Mişel Menassa və onun suriyalı həmkarı Murhaf Əbu Qasra Livan Ordusunun Kəşfiyyat İdarəsi ilə Suriya kəşfiyyatı arasında koordinasiya haqqında razılığa gəliblər”, - məlumatda bildirilir.
Nazirlər sərhəddə vəziyyətin pisləşməsinin və günahsız mülki əhali arasında itkilərin qarşısını almaq üçün birgə səylərin zəruriliyini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 18 Mart 2025 02:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















