Livanın səfiri: Romadakı iftar mərasimi dini dialoqu təşviq etmək və inkişaf etdirmək baxımından çox əhəmiyyətlidir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vatikan, 10 mart, AZƏRTAC
Romada iftar mərasimi həm Azərbaycan, həm də Mərakeş tərəfindən irəli sürülmüş böyük təşəbbüsdür. Çünki bu tədbir dini dialoqu təşviq etmək və inkişaf etdirmək baxımından çox əhəmiyyətlidir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi tərəfindən Romada təşkil olunan iftar mərasimində iştirak edən Livan səfiri Fadi Assaf deyib.
Müxtəlif dinlərin nümayəndələrinin tədbirdə iştirakının dinlərarası dialoqun bariz göstəricisi olduğunu vurğulayan səfir bildirib: “Ramazan ayında təşkil olunan bu iftar mərasimində biz digər monoteist dinlərin də nümayəndələrini görürük. Burada xristianlar, yəhudilər və əlbəttə ki, müsəlmanlar iştirak edirlər və bu təşəbbüsü yerində görmək bizim üçün çox vacibdir”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 10 Mart 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















