Icma.az
close
up
RU
Bu görüş Azərbaycanın xarici siyasəti baxımından çox əhəmiyyətlidir ŞƏRH

Bu görüş Azərbaycanın xarici siyasəti baxımından çox əhəmiyyətlidir ŞƏRH

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Prezident cənab İlham Əliyev oktyabrın 8-də Türkmənistanın Türkmənbaş şəhərinə işgüzar səfər etmiş və bir sıra görüşlər keçirmişdir ki, bu da Azərbaycan Respublikasının xarici siyasəti və regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Səfərin əsas məqsədlərindən biri də Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü olub. Bu görüşdə Azərbaycanla yanaşı Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət başçıları bir araya gəliblər".

Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu görüşü Azərbaycanın xarici siyasəti baxımından çox əhəmiyyətli hesab etmək olar:

"Belə ki, Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib. Bu əlaqələr yalnız siyasi münasibətlərlə məhdudlaşmır. Nəqliyyat, logistika, enerji, ticarət, investisiya, humanitar və mədəni sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranır.
Mərkəzi Asiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında coğrafi amil də mühüm rol oynayır. Belə ki, Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya dövlətlərini Cənubi Qafqaz və Avropa istiqaməti ilə birləşdirən mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Bu konteksdən yanaşaraq ölkəmizin region dövlətləri ilə əməkdaşlığının güclənməsi həm

Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, həm də regionlararası əlaqələrin inkişafına xidmət edir. Prezident cənab İlham Əliyev öz çıxışında Azərbaycanın bu formatda iştirakının əhəmiyyətinə toxunub. Azərbaycan artıq Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıqda daha fəal və institusional şəkildə iştirak edir ki, bu da ölkəmizin regional münasibətlərinin strateji xarakter daşıdığını göstərir. Bu görüşdə bir sıra sənədlərin imzalanması dövlətlərarası əməkdaşlığın daha sistemli inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Görüş çərçivəsində Prezident cənab İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirdiyi ikitərəfli görüş zamanı Azərbaycan - Türkmənistan münasibətlərinin son illərdə dinamik inkişaf etdiyi xüsusi vurğulanır. Belə ki, dövlət başçıları arasında qarşılıqlı səfərlərin intensivləşməsi siyasi münasibətlərin möhkəmlənməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin sürətləndirilməsinə şərait yaradır.

Prezident cənab İlham Əliyevin Türkmənistana səfəri bir daha göstərdi ki, Azərbaycan regionda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət verir və bu görüş Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlığın genişlənməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Oktyabr 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri