Icma.az
close
up
RU
Livaya ilə Rakitiçin adını çəkmək kifayət edir Kənan Məstəliyev

Livaya ilə Rakitiçin adını çəkmək kifayət edir Kənan Məstəliyev

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizi avrokuboklarda təmsil edəcək klubların rəqibləri məlumdu. Belə ki, “Qarabağ” “Şelburn“ – “Linfild” duelindən kimin qalib ayrılacağını gözləyir, “Sabah” “Selye”, “Zirə” “Hayduk”, “Araz-Naxçıvan” isə “Aris” ilə qarşılaşacaq.

Təmsilçilərimizin şansları ilə bağlı jurnalistlərdən Kənan Məstəliyevin fikrini öyrəndik.

“Qarabağ”ın 2-ci təsnifat mərhələsindən başlaması birbaşa üstünlükdü. Rəqiblərin ikisi də münasibdi. “Linfild”lə bir dəfə qarşılaşmışıq, keçmişik. “Qarabağ”ı favorit saya bilərik. Təcrübəlidi, yeni transferlər gəlməyə başlayır. Təlim-məşq toplanışından sonra rəqib qarşısına hazır çıxacaqlar. Ən çətin rəqib “Selye”di. Komanda ötən il Konfrans Liqasında 1/4 finala qədər irəliləyib, çox iddialıdı. Komandanın baş məşqçisi Riera müsahibəsində daha iddialı olduqlarını, Avropa Liqasında da uğur qazanmaq istədiklərini deyib. İntensiv futbola üstünlük verirlər. “Sabah” baş məşqçisini elan etdi. Çox yaxşı mütəxəssisdi, bəyənirəm. Bir neçə transfer edib mübarizə aparmaq olar. Şansımız yox dərəcəsində deyil. “Hayduk” da çox güclüdü. Qattuzonun rəhbərliyi altında komanda çempionluğu iki xalla əldən verdi. Livaya ilə Rakitiçin adını çəkmək kifayət edir. Bu futbolçuların yaşı çox olsa da, hələ də oyunun taleyini həll edə biləcək gücdədilər. “Zirə”nin şansı azdı, püşk baxımından bəxtinin gətirmədiyini düşünürəm. Şans var, amma çətin olacaq. “Araz-Naxçıvan” transfer baxımdan intensivliyi ilə fərqlənir. Yunanıstan klubları güclü olsalar da, “Araz-Naxçıvan”ın turu keçmək şansı az deyil. Bu komanda Elmar Baxşıyevin rəhbərliyi altında yaxşı oyun göstərir. Heyət də qorunub, yeni futbolçular da cəlb olunub. Yaxşı təlim-məşq toplanışı olacağı təqdirdə Naxçıvan təmsilçisinin “Aris”i keçəcəyini düşünürəm”.

MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 İyun 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri