Icma.az
close
up
RU
Futbol oynamağa yetərincə stadionumuz yoxdur Kənan Məstəliyev

Futbol oynamağa yetərincə stadionumuz yoxdur Kənan Məstəliyev

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycan və Özbəkistan prezidentləri 2027-ci il dünya çempionatına ev sahibliyi üçün müraciət ediblər və bu müraciət qəbul olunub. Lakin deputat ölkədəki infrastruktur çatışmazlıqlarına diqqət çəkib: "34 peşəkar klubdan yalnız 5-nin beynəlxalq standartlara uyğun bazası, ölkədə isə cəmi 7 standart stadion var. Uşaq-gənclər idman məktəblərində isə 65 məktəbə cəmi 5 meydança düşür". O, bu reallığın yarışa hazırlığın göstəricisi olduğunu deyərək, sahədə ciddi işlərin görülməsini vacib sayıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirdi ki, Azərbaycanda həqiqətən də infrastruktur problemi var:

"Mən deyərdim ki, bu, Azərbaycan futbolunun əsas problemidir. Futbolla bağlı məsələlər müzakirə olunanda müxtəlif fikirlər səsləndirilir, xüsusilə də uşaq futbolu barədə çox danışılır. Amma şübhəsiz ki, Azərbaycanın futbol sahəsində təməl problemi elə infrastruktur çatışmazlığıdır. Sadə dildə desək, futbol oynamağa kifayət qədər yerimiz yoxdur, yetərincə stadionlarımız yoxdur. Beynəlxalq yarışların keçirilməsi baxımından isə ciddi problemimiz yoxdur".

Ekspertin fikrincə, dünya çempionatını Özbəkistanla birlikdə keçirməkdə çətinlik yaşanar:

"Çünki Azərbaycan 2012-ci ildə 17 yaşlı qızlar arasında dünya çempionatını heç bir əlavə dəstək olmadan uğurla təşkil edib. Bundan əlavə, İslam Oyunlarını, Avropa Oyunlarını, 16 yaşlılar arasında Avropa çempionatını və böyüklər arasında Avropa çempionatının Bakıda keçirilən dörd oyununu yüksək səviyyədə icra etmişik. Yəni ölkəmizin böyük turnirləri təşkil etmək baxımından heç bir problemi yoxdur. Əgər problem olsaydı, biz ümumiyyətlə namizədlik irəli sürməzdik. Problem başqa yerdədir: mövcud stadionlar dünya çempionatını keçirməyə yetərli olsa da, ölkə futbolunun təməl inkişafı üçün kifayət etmir. Daha çox stadionlar və daha çox meydançalar olmalıdır. Əslində, prinsip etibarilə meydança sayımız az deyil. Çünki demək olar ki, bütün rayonlarda Milli Olimpiya kompleksləri fəaliyyət göstərir və onların öz oyun meydançaları var. Son illər dövlət, xüsusilə də İlham Əliyevin rəhbərliyi ilə idmana böyük diqqət ayırıb. Lakin bu meydançaların bir hissəsi standartlara uyğun deyil və rekonstruksiyaya ehtiyacı var. Bundan başqa, uşaq-gənclər idman məktəblərinin balansında statistikada mövcud görünən, amma real vəziyyətdə istifadəyə yararsız olan meydançalar da var. Yəni infrastruktur köklü şəkildə yenilənməlidir. Bu isə böyük maliyyə vəsaiti tələb edir. Düşünürəm ki, dövlət bu istiqamətdə xüsusi addımlar atmalı və bunun üçün ən yüksək səviyyədə qərar verilməlidir. AFFA-nın strateji inkişaf planında artıq bu məsələlər nəzərdə tutulub, lakin rəqəmlər böyük olduğu üçün dövlət qərarı həlledici rol oynayır. Qeyd etdiyim kimi, dünya çempionatını yüksək səviyyədə keçirməkdə heç bir problemimiz olmayacaq. Amma ümumi mənzərədə Azərbaycan futbolunun inkişafı naminə futbol meydançalarının sayı artırılmalı, mövcud meydançalar standartlara uyğunlaşdırılmalı və yenilərinin tikintisinə başlanılmalıdır. Bunun üçün də aidiyyəti qurumların lazımi addımlar atması vacibdir".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri