Icma.az
close
up
RU
“Liverpul”, “Arsenal” və “Nyukasl” yarımfinalda, MY dayandı

“Liverpul”, “Arsenal” və “Nyukasl” yarımfinalda, MY dayandı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Dekabrın 18-19-da Liqa kubokunda 1/4 final mərhələsinin oyunları keçirildi. “Liverpul” bu il “Sauthempton”u həm ölkə kubokunda, həm də premyer-liqada məğlub etmişdi. İndi isə növbə Liqa kubokuna çatdı.

Favorit 2:1 hesabıyla qalib gəldi. Nunyeslə Elliott artıq fasiləyə qədər oyunun taleyini həll etdi. Amma “müqəddəslər” başqa fikirdə idi. Arçer 59-cu dəqiqədə fərqi azaltmaqla onları ümidləndirdi. Qonaqların qapıçısı, eləcə də müdafiə xətti etibarlı oynadı. Məğlubiyyətsiz oyunlar seriyasını 20-yə çatdıran mersisaydlılar titulu qorumaq yolunda daha bir addım atdı. Baxmayaraq ki, “qırmızılar”ın əksər əsas oyunçuları bu dəfə istirahət etdi. Onlar növbəti mərhələdə faktiki “az qan” ilə adladı. Xoşbəxtlik üçün daha nə lazımdı?! “Müqəddəslər” çox çalışsalar da, belə güclü rəqibin öhdəsindən gələ bilmədilər. “Liverpul” bu mövsüm, deyəsən, bütün titulları silib-süpürmək fikrindədi. Prinsipcə hər iki komanda bu oyundan müsbət təcrübə qazandı. Elitada yerini qorumaqda çətinlik çəkən “Sauthempton” anladı ki, ən güclü rəqiblərə də müqavimət göstərməyə qadirdi. “Liverpul” isə sadəcə, qarşısıalınmazdı. Slot klub tarixinə yeni qəhrəman kimi düşmək istəyir. Yeri gəlmişkən, Liqa kubokunu 10 dəfə qazanan “Liverpul” bu göstəricidə rekordçudu.
“Arsenal” da “Kristal Pelas”la oyuna qarışıq heyətlə çıxmışdı. Gücə qənaət prinsipi az qala “topçular”ın başında çatlayacaqdı. Artıq 4-cü dəqiqədə qonaqlar təsadüfi əks-hücumda hesabı açdı, ardından müdafiə olunmağa başladı. “Arsenal”ın oyunçuları isə ilk yarıda sanki meydanda bir-biri ilə tanış olmağa, irəlidə oyun əlaqələri qurmağa çalışırdılar. Bu da çox pis alınırdı. Ancaq Arteta fasilədə oyunun yönünü dəyişmək bacarığını bir daha göstərdi. Baş məşqçi iki yerdəyişmə etdi, Edeqorun meydana çıxması həlledici oldu, norveçli dərhal komandasının oyununu gücləndirdi, təzyiqin artmasına töhfə verdi. “Arsenal”ın təzyiqi tezliklə qola gətirib çıxardı. Bərabərlik hesabı təxminən 20 dəqiqə qorundu, ancaq meydan sahiblərinin üstünlüyü artıq şübhə doğurmurdu, onların 2-ci qolu vurması, sadəcə, zaman məsələsi idi. İş ondadı ki, Jezusun 73-cü dəqiqədə vurduğu qolda ofsayd var idi, amma bu turnirdə VAR sistemi olmadığına görə qol qeydə alındı. Hər halda, Jezusun bir qədər sonra vurduğu 3-cü qol ehtirasları bir qədər sakitləşdirdi. “Kristal Pelas” isə sona yaxın buraxılan toplardan birinin əvəzini çıxdı. Düzdü, “topçular” 2-ci hissədə aşkar dominantlıq etdi. Bununla belə, 2-ci qoldakı ofsayd daim xatırlanacaq.
“Brentford”la “Nyukasl” premyer-liqanın turnir cədvəlində 11-12-ci yerləri bölüşür. Bu komandalar arasındakı 1/4 final oyunu “sağsağanlar”ın meydanında keçirildi. Və onlar “doğma divarlar” amilindən necə lazımdı yararlandılar. İlk yarıda Tonali dubl etdi, 2-ci hissənin əvvəlində isə Şer fərqi darmadağın həddinə çatdırdı. “Brentford” yalnız sonda təsəlli qolunu vura bildi.
Bu mərhələnin “Tottenhem”lə “Mançester Yunayted” arasında keçirilən son oyunu daha böyük maraq doğururdu. “Mahmızlar” özlərinə xas olan üslubda erkən qol vurdu – Porronun uzaq məsafədən zərbəsini Bayındır uğursuz dəf etdi, Solanke isə qayıdan topu yaxın küncə göndərdi. MY qoldan sonra daha kəskin hücumlar qursa da, meydan sahibləri növbəti dəfə fərqlənməyə yaxın oldu – Kulusevskinin təhlükəli zərbəsindən sonra türk qapıçı özünü göstərdi. Amma komandalar paltardəyişmə otağından qayıdan kimi Kulusevski fərqi artırdı. Tezliklə, daha dəqiqi, 54-cü dəqiqədə hesab 3:0 oldu.
Solanke iki müdafiəçini və Bayındırı arxada qoyub fərqləndi. Düşünmək olardı ki, bununla da oyunun taleyi həll olundu. Ancaq “mahmızlar”ın qapıçısı intriqanı bərpa etdi. Təcrübəli Forster əvvəlcə Drequşinə ötürmə zamanı ehtiyatsızlığa yol verdi, topu ələ keçirən Fernandeş isə Zirkzeenin fərqlənməsinə şərait yaratdı. Bir neçə dəqiqə sonra qapıçı daha kobud səhv etdi. Geriyə ötürmə zamanı düşünmək üçün vaxtı çox olsa da, Dyallo “sürüşmə” fəndi ilə topu tora saldı. Ardıcıl iki qol meydan sahiblərini əsəbləşdirdi, mankunianlar isə təzyiqi artırdı. “Tottenhem”in köməyinə künc zərbəsi çatdı. Son Hın Min kornerdən topu birbaşa qapıya göndərməklə komandasını yarımfinala çıxardı. Düzdü, uzatma dəqiqələrində Evans qollardan birinin əvəzini çıxdı. Amma hesabı bərabərləşdirmək üçün vaxt qalmamışdı. 1/8 finalda “Mançester Siti”ni məğlub edən “Tottenhem” bu şəhərin daha bir təmsilçisini mübarizədən kənarlaşdırmaqla yarımfinalda oynamaq hüququ qazandı. Amorim isə hələ MY-də çox iş görməlidi.
1/4 final
Tottenhem – Mançester Yunayted 4:3
Solanke, 15; 54. Kulusevski, 47. Son Hın Min, 88 – Zirkzee, 63. Dyallo, 70. Evans, 90+5.
Tottenhem: Forster, Porro, Drequşin, Qrey, Spens (Regilon, 90+1), Sarr, Bissuma, Kulusevski, Meddison (Berqvall, 79), Son Hın Min, Solanke.
MY: Bayındır, Mazraui, Yoro, Lindelöf (Evans, 45), Martines, Dalot, Uqarte (Qarnaço, 72), Eriksen (Maynu, 56), Fernandeş, Antoni (Dyallo, 55), Heylunn (Zirkzee, 56).
Sauthempton – Liverpul 1:2
Arçer, 59 – Nunyes, 24. Elliott, 32.
Liverpul: Kelleher, Aleksander-Arnold (Kyeza, 46), Qomes (Simikas, 46), Kuansa, Endo, Morton, Nyoni (Danns, 86), Makallister (Makkonnell, 63), Elliott, Qakpo (Jota, 63), Nunyes.
Arsenal – Kristal Pelas 3:2
Jezus, 54; 73; 81 – Mateta, 4. Nketia, 85.
Arsenal: Rayya, Parti (Saliba, 46), Kivyor (Qabriel, 87), Timber, Tirni (Lüis-Skelli, 69), Jorjinyo, Merino, Nvaneri (Edeqor, 46), Jezus, Sterlinq (Saka, 70), Trossar.
Nyukasl – Brentford 3:1
Tonali, 9; 43. Şer, 69 – Vissa, 90+1.
Yarımfinalın ilk oyunları yanvarın 8-də, cavab görüşləri fevralın 5-də keçiriləcək: Tottenhem – Liverpul, Arsenal – Nyukasl.
Oyundan sonra
Ruben Amorim, MY-nin baş məşqçisi:

“İkinci hissənin əvvəlində konsentrasiyanı itirdik. Bütün oyuna baxsaq, biz daha yaxşı oynadıq, rəqib isə bitirici mərhələdə dəqiq oldu. Uduzsaq da, futbolçularımım mübarizə əzmi mənim üçün daha vacibdi. Özümüzü inamlı hiss edirdik, topa nəzarəti əlimizdə saxlamışdıq. Problem sonuncu ötürmə yox, sonuncu zərbə ilə bağlı idi. Kubokda qələbə qazansaydıq belə, hər şeyin qaydasında olduğunu düşünməyəcəkdik. Yolumuz uzun olacaq, təkmilləşirik. Hədəfimiz premyer-liqanı qazanmaqdı. Buna nə qədər vaxt lazım gələcəyini isə bilmirəm”.


Ange Postekoğlu, “Tottenhem”in baş məşqçisi:

“Oyun mənim xoşuma gəldi. Bəs siz əylənmədiz? Bilirəm ki, studiyadakı ekspertlər mənim heç bir taktikamın olmadığını deyəcək. Çoxlu oyunçunun, xüsusən də müdafiəçilərin xidmətindən məhrumam, ehtiyatda uşaqlar qalmışdı. Bu mərhələni arxada qoya bilsək, yaxşı olacaq. Oyunumuz xoşuma gəldi. Səhvlər bir qədər əhval-ruhiyyəmi korlasa da, futbolçuların mentallığını bəyəndim. Bizim 1:0 hesabıyla qələbə qazanmaq niyyətimiz yoxdu, adamları əyləndirmək istəyirik. Bunda pis nəsə görmürəm. Səhvlər də futbolun bir hissəsidi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Dekabr 2024 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri