Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Liverpul” da xal itirdi, London nəhəngləri də

“Liverpul” da xal itirdi, London nəhəngləri də

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Premyer-liqanın yeni ildəki ilk turu maraqlı oyunlara və nəticələrə səhnə oldu.

"Football-plus.az" xəbər verir ki, London nəhəngləri – “Arsenal”, “Çelsi” və “Tottenhem” sanki sözləşibmiş kimi 2025-ə xal itkisi ilə başladı. “Mançester Siti” ardıcıl 2-ci qələbə ilə “ÇL zonası”na bir qədər yaxınlaşdı. Turun mərkəzi oyununda “Liverpul” “Mançester Yunayted”i qəbul etdi. Bu komandalar arasında keçirilən son 4 çempionat oyununda 3-cü heç-heçə qeydə alındı.
Son üç turda yalnız 1 xal qazanan “Çelsi”nin “Kristal Pelas”la səfər oyununda vəziyyəti dəyişəcəyi gözlənilirdi. Amma yenə mümkün olmadı. Baxmayaraq ki, hesabı artıq 14-cü dəqiqədə Palmer açdı. Ardından “zadəganlar” rəqib qapısı önündə daha bir neçə təhlükəli vəziyyət yaratdı, ancaq fərqi artıra bilmədilər. Fasilədən sonra isə qonaqlar hədsiz arxayınlaşdı, onlara elə gəldi ki, qələbə artıq ciblərindədi. Belə arxayınlıq “Çelsi”yə baha başa gəldi. 82-ci dəqiqədə Mateta hesabı bərabərləşdirdi. Ardıcıl 4-cü oyunda qələbəyə həsrət qalan “zadəganlar” liderlərdən xeyli uzaq düşdü.
“Mançester Siti” həyata dönüş siqnalları verməkdədi. Qvardiolanın komandası oktyabrdan bəri ilk dəfə ardıcıl iki qələbə qazandı. “Lester”in ardından “Vest Hem” də “şəhərlilər” önündə “ağ bayraq qaldırdı”. Nəticə oyunun axarına tam uyğundu. “Çəkicdöyənlər” “Liverpul” önündəki darmadağından nəticə çıxarmamışdı, onların müdafiə xətti yenə etibarsız oynadı. Artıq 10-cu dəqiqədə hesabı açan “Siti” hissənin sonunda fərqi artırdı. Fasilədən sonra da canlanmayan “Vest Hem” 3 dəqiqə aralığında iki qol buraxdı. “Siti” oyunla bağlı vəzifənin öhdəsindən gələndən sonra “əyləci basdı” və belədə qonaqlar təhlükəli vəziyyətlər yaxaladı. “Vest Hem” qollardan birinin əvəzini çıxdı, daha bir neçə təhlükəli vəziyyəti boşa verdi. Amma yalnız sonda yox, 90 dəqiqə boyunca belə oynamaq lazımdı.
“Arsenal” “Brayton”la səfər oyununda qələbəni əldən verdi. Artıq ilk dəqiqələrdən “topçular”ın ərazi və oyun üstünlüyü şübhə doğurmadı. Jezus yaxın döyüşdə qapıçıya uduzsa da, 16-cı dəqiqədə Nvaneri Merinonun ötürməsini qola çevirdi. “Qağayılar” qol buraxandan sonra Rayyanın qoruduğu qapının önündə daha çox görünməyə başladı. Hissənin sonuna qədər Adinqra hesabı bərabərləşdirə bilərdi. İlk dövrənin oyununda olduğu kimi, bu dəfə də “Brayton” fasilədən sonra “artırdı”.
Braziliyalı Pedro özü qazandığı penaltini qola çevirməklə hesabı bərabərləşdirdi. Braytonulular hətta 3 xal qazanmağa da yaxın idi. Heç-heçə “Arsenal”ın mövsümdə ikinci dəfə bu rəqiblə oyunda büdrəməsi deməkdi. “Brayton”u çalışdıran Fabian Hürtseler 21-ci əsrdə premyer-liqadakı ilk 20 oyunda 10 və daha artıq dəfə heç-heçə edən ilk məşqçi oldu. “Arsenal” isə itirilən xallara görə “Liverpul”dan artıq 9 xal geri qalır.
Lider izləyiciləri ilə xal fərqini artıra bilmədi. “Liverpul” buna qədər keçirdiyi son 4 oyunun hamısında uduzan MY ilə qarşılaşmadan 1 xalla ayrıldı. Halbuki çoxları Slotun komandasından böhranda olan prinspial rəqib üzərində inamlı qələbə gözləyirdi. Ancaq “qırmızı şeytanlar” dərhal rəqibə yüksək müqavimət səviyyəsi təklif etdi. Düzdü, meydan sahibləri topa nəzarət və zərbə sayı baxımından üstün idi, ancaq ümumi dominantlıqdan söhbət gedə bilməz. Əslində ilk yarıda qonaqların hesabı açmaq şansı daha yüksək idi: Heylunn fasiləyə az qalmış Alissonla təkbətəkdən yararlana bilmədi. Əvəzində mankunianlar 2-ci hissənin əvvəlində Martinesin tirin altına vurduğu zərbə ilə irəli çıxdı. Düzdü, bu üstünlük uzun sürmədi. Saatın tamamında Qakpo “status-kvo”nu bərpa etdi, hissənin ortalarında isə De Liqtin əllə oynamasına görə təyin olunan penaltini Salah dəqiq yerinə yetirdi. Ancaq qonaqlar ruhdan düşmədi və hücumları davam etdirdi. Qarnaçonun ötürməsindən sonra Dyallo rəqib qapısına yol tapdı. Sonluq qeyri-adi dərəcədə emosional alındı.
Meydanda xaotik və tam açıq oyun getdi. Hər iki komandanın qələbə topunu vurmaq imkanları var idi. Çox güman, “Liverpul” azarkeşləri hesabdan narazı qaldı. MY isə “Enfild”də belə oynamaqla bütün gözləntiləri alt-üst etdi.
Turun qalan oyunlarına gəlincə, “Nyukasl” ardıcıl 5-ci qələbəni “Tottenhem” üzərində qazandı. “Mahmızlar” premyer-liqada keçirdiyi son 7 oyunun 5-də uduzub, 1-də qalib gəlib, 1-də heç-heçə edib. “Bornmut” “Everton”la, “Aston Villa” “Lester”lə oyundan qalib ayrıldı, “Fulhem” – “İpsviç” oyununda məhsuldar heç-heçə qeydə alındı. Turun dünən axşam keçirilən son oyununda “Nottingem Forest” səfərdə “Vulverhempton”dan üstün oldu.
20-ci tur
Liverpul – Mançester Yunayted 2:2
Qakpo, 59. Salah, 70-p. – Martines, 52. Dyallo, 80. (60275)
Liverpul: Alisson, Aleksander-Arnold (Bredli, 86), Konate, Van Diyk, Robertson, Qravenberx, Makallister, Salah, Cons (Jota, 61), Qakpo (Elliott, 86), Dias (Nunyes, 60).
MY: Onana, De Liqt (Yoro, 84), Maquayr, Martines, Mazraui, Maynu (Qarnaço, 72), Uqarte, Dalot, Dyallo, Fernandeş, Heylunn (Zirkzee, 87).
Kristal Pelas – Çelsi 1:1
Mateta, 82 – Palmer, 14. (25179)
Çelsi: Sançes, Hüsto, Açimponq, Koluill, Kukurelya, Fernandes, Kaysedo, Neto, Palmer, Sanço (Madueke, 86), Cekson (Giyu, 81).
Mançester Siti – Vest Hem 4:1
Soufal, 10-öz qapısına. Holann, 42; 55. Foden, 58 – Füllkruq, 71. (52737)
MS: Orteqa, Lüis, Akanci, Ake (Uoker, 61), Qvardiol, Kovaçiç (Gündoğan, 61), Foden, De Bruyne, B.Silva, Savinyo (Makeyti, 80), Holann (Qriliş, 84).
Brayton – Arsenal 1:1
Pedro, 61-p. – Nvaneri, 16. (31714)
Arsenal: Rayya, Parti, Saliba, Qabriel, Kalafyori, Rays, Jorjinyo (Edeqor, 64), Merino, Nvaneri (Martinelli, 46), Jezus, Trossar.
Tottenhem – Nyukasl 1:2
Solanke, 4 – Qordon, 6. İsak, 38. (61293)
Tottenhem: Ostin, Porro, Drequşin (Regilon, 46), Qrey, Spens, Sarr (Bissuma, 62), Berqvall (Meddison, 62), Conson, Kulusevski, Verner (Son Hın Min, 62), Solanke.
Bornmut – Everton 1:0
Bruks, 77. (11307)
Aston Villa – Lester 2:1
Barkli, 58. Beyli, 76 – Mavididi, 63. (42386)
Sauthempton – Brentford 0:5
Şade, 6. Mbemo, 62; 69-p. Lüis-Potter, 90+2. Vissa, 90+4. (31001)
Fulhem – İpsviç 2:2
Ximenes, 69-p.; 90+1-p. – Şmodiks, 38. Delap, 71-p. (27042)
Vulverhempton – Nottingem Forest 0:2
Gibbs-Uayt, 7. Vud, 44.
1. Liverpul 19 14 4 1 47-19 46
2. Arsenal 20 11 7 2 39-18 40
3. Nottingem F. 20 12 4 4 28-19 40
4. Çelsi 20 10 6 4 39-24 36
5. Nyukasl 20 10 5 5 34-22 35
6. Mançester S. 20 10 4 6 36-27 34
7. Bornmut 20 9 6 5 30-23 33
8. Aston Villa 20 9 5 6 30-32 32
9. Fulhem 20 7 9 4 30-27 30
10. Brayton 20 6 10 4 30-29 28
11. Brentford 20 8 3 9 38-35 27
12. Tottenhem 20 7 3 10 42-30 24
13. Mançester Y. 20 6 5 9 23-28 23
14. Vest Hem 20 6 5 9 24-39 23
15. Kristal Pelas 20 4 9 7 21-28 21
16. Everton 19 3 8 8 15-25 17
17. Vulverhempton 20 4 4 12 31-44 16
18. İpsviç 20 3 7 10 20-35 16
19. Lester 20 3 5 12 23-44 14
20. Sauthempton 20 1 3 16 12-44 6
Bombardirlər: Salah (Liverpul) - 18, Holann (MS) – 16, Palmer (Çelsi), İsak (Nyukasl), Mbeumo (Brentford) – 13.
Növbəti turun oyunları yanvarın 14-16-sı aralığında keçiriləcək: Brentford – Mançester Siti, Vest Hem – Fulhem, Çelsi – Bornmut, Nottingem Forest – Liverpul, Everton – Aston Villa, Lester – Kristal Pelas, Nyukasl – Vulverhempton, Arsenal – Tottenhem, İpsviç – Brayton, Mançester Yunayted – Sauthempton.
Turun rəqəmi
1 – İtan Nvaneri premyer-liqa tarixinə düşdü. “Topçular”ın vingeri 18 yaşını tamamlamadan minimum iki dəfə fərqlənən ilk futbolçudu.
Turun ulduzu
Savinyo (Mançester Siti) – “şəhərlilər”ə məhz komandanı ruhlandıran, vəziyyəti dəyişə bilən oyunçular lazımdı. Savinyo faktiki ilk qolu təşkil etdi, həmçinin Holanna iki məhsuldar ötürmə verdi. Ümumilikdə başqalarının fonunda çox parlaq təsir bağışladı.
Turun sitatı
Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Köhnə “Mançester Siti”nin qayıtması? Yox! İllərdi oyunumuza baxırsızsa, görürsüz ki, biz həmin səviyyədə deyilik! “Everton”a qarşı bugünkündən dəfələrlə yaxşı oynadıq, nəticə heç-heçə oldu. Əlbəttə, qollar vurduğumuz görə sevinirəm. Ancaq məndən komandanın son illərdəki kimi oynamağa başladığını soruşursuzsa, “yox” deyirəm. Qətiyyən yox”.


Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Hər şeydən əvvəl nəticəyə görə məyusuq. Xüsusən də oyuna yaxşı başladığımızı və gözəl qol vurduğumuzu nəzərə alsaq. Ardından topu rəqibə verdik. Topla lazımi şəkildə davrana bilmədik. Lazımi məqamda əks-hücumlar qurmağın mümkün olduğu zonalarda möhkəmlənməyi bacarmadıq. Düşünürəm ki, bugünkündən dəfələrlə yaxşı oynamalıydıq. Təəssüf ki, 2 xal itirdik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:343
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Yanvar 2025 22:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri