Liverpul futbolçusunu komandada saxlamaq üçün əlindən gələni edəcək
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
İngiltərənin "Liverpul" klubu müdafiəçisi Trent Aleksander-Arnoldu komandada saxlamaq üçün əlindən gələni edəcək.
"Report" "CaughtOffside"a istinadən xəbər verir ki, mersisaydlılar adı İspaniya təmsilçisi "Real"la (Madrid) hallanan 26 yaşlı müdafiəçiyə 4 illik 20 milyon avro qazanc əldə edəcəyi müqavilə təklif etməyə hazırlaşır.
Onun komandası ilə hazırkı sözləşməsi 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, İngiltərə millisinin üzvü cari mövsüm "Liverpul"un heyətində 20 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.

Ukrayna ABŞ la münasibətləri saxlamaq üçün əlindən gələni edəcək
04 Mart 2025 19:20
Liverpul onları komandada saxlamaq istəyir
28 Mart 2025 15:11
“D8in uğurlarının artması üçün Azərbaycan əlindən gələni edəcək” deputat
20 Dekabr 2024 14:56
Yaşar Gülər: Rusiya Suriyada qalmaq üçün əlindən gələni edəcək
15 Dekabr 2024 18:00
Tramp İranda hakimiyyətin çökməsi üçün əlindən gələni edəcək ŞƏRH
08 Mart 2025 13:46

