Ukrayna ABŞ la münasibətləri saxlamaq üçün əlindən gələni edəcək
Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynanın baş naziri Denis Şmıqal bildirib ki, ABŞ prezidenti Donald Trampın Kiyevə hərbi yardımı dayandırmasından sonra Ukrayna ABŞ-la münasibətləri qorumaq üçün əlindən gələni edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Rəsminin sözlərinə görə, Kiyev hələ də cəbhə xəttindəki qoşunlarını təchiz etmək üçün vəsaitə malikdir. Şmıqal bəyan edib ki, ABŞ-ın hərbi yardımı əvəzsizdir və minlərlə insanın həyatını xilas edib və Kiyev Vaşinqtonla münasibətləri qorumaq üçün əlindən gələni edəcək.
"Biz bütün mövcud kanallar vasitəsilə ABŞ-la sakit işləməyə davam edəcəyik. Bizim yalnız bir planımız var: qalib gəlmək və sağ qalmaq. Ya biz qalib gələcəyik, ya da B planını başqası yazacaq", - Şmıqal mətbuat konfransında deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 04 Mart 2025 19:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















