Liverpul İtaliya çempionunun 25 milyonluq təklifini geri çevirib
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"İnter" "Liverpul"un yarımmüdafiəçi Kertis Cons üçün İngiltərə klubuna təxminən 25 milyon avro təklif etsə də, qarşı tərəf bunu rədd edib. Sport24.az xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
"Liverpul" rəhbərliyi "nerazzurri"nin oyunçunu bazar dəyərindən xeyli aşağı qiymətə almaq cəhdindən əsəbləşib.
İngilis klubu 24 yaşlı yarımmüdafiəçini 35 milyon funt sterlinqə (təxminən 40 milyon avro) qiymətləndirir. Bundan başqa "mersisaydlılar" müqaviləyə 10-15% satış bəndini daxil etmək istəyirlər. Tərəflər hələ də kompromis əldə etməkdən uzaqdırlar.
Qeyd edək ki, Cons özü "Liverpul"dan ayrılmaq istəyir. Komandanın yeni baş məşqçisi Andoni İraola oyunçunu gələcək planlarında görmür. Klublar arasında danışıqlar davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 22 İyun 2026 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















