Sergey Rebrov Bolqarıstan klubunun milyonluq təklifini geri çevirib
sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna millisinin keçmiş baş məşqçisi Sergey Rebrov Sofiyanın ÇSKA klubunun təklifini geri çevirib. Sport24.az xəbər verir ki, bu barədə "TribunaSofia.bg" portalı məlumat yayıb.
Mənbənin yaydığı xəbər əsasən, Bolqarıstan klubunun rəhbərliyi məşqçiyə illik 1 milyon avrodan çox maaş təklif edib. Lakin Rebrov klub səviyyəsində məşqçiliyə qayıtmaqdan imtina edərək, karyerasını yalnız millidə davam etdirmək istədiyini bildirib. Nəticədə, ÇSKA "sükan arxasına" Markus Gisdolu dəvət edib.
Qeyd edək ki, Rebrov son üç ildə Ukrayna millisini çalışdırıb. DÇ-2026-nın seçmə mərhələsinin pley-off yarımfinalında İsveçə məğlub olduqdan sonra, postundan ayrılıb. Onun rəhbərliyi altında Ukrayna Avro-2024-ə vəsiqə qazansa da, qrup mərhələsini keçə bilməyib. Rebrov hazırda Ukrayna Futbol Assosiasiyasının vitse-prezidenti vəzifəsini tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 06 Oktyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















