Icma.az
close
up
RU
“Liverpul” liderlərini saxlaya bildi

“Liverpul” liderlərini saxlaya bildi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Salahın ardından Van Diyk də yeni müqaviləyə imza atdı
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un 33 yaşlı müdafiəçisi Vircil van Diyk klubla müqavilə müddətini 2027-ci ilə qədər uzadıb. Bununla bağlı xəbər srağagün “qırmızılar”ın rəsmi saytında yer alıb:

“Kapitan müqaviləyə imza atdı – o, klubda keçirdiyi 7,5 ildən sonra da “Liverpul”u təmsil etməyə davam edəcək”.


“Qırmızılar” Van Diyklə müqavilə müddətinin uzadılmasını sosial şəbəkələrdə geninə-boluna anons edir – bir neçə maraqlı mənzərə var. Vircil burda qazandığı uğurların əks olunduğu fotoların əhatəsində yer alıb. Klubun yaydığı videoçarxda Van Diyk emosiyalarını bölüşüb:

“Enfild” evdi. Mənim üçün, ailəm üçün. Şəhəri, klubu, fanatları, komanda yoldaşlarımı sevirəm. Səni təcəssüm edən hər şeyi sevirəm, “Liverpul”.


Vircil klub saytına müsahibədə də müqavilə müddətinin uzadılmasıyla bağlı danışıb:

“Xoşbəxt və qürurluyam. Sadəcə, qeyri-adi hadisədi. Qət etdiyim yol və onu daha iki il uzatmaq imkanı... Möhtəşəmdi”.


Van Diykin dediyinə görə, şəhər onun üçün doğmalaşıb:

“Mən həmişə “Liverpul”u arzulamışam, həmişə. Bu haqda daim düşünmüşəm. Bu şəhərin mən və ailəm üçün uyğun yer olduğuna heç vaxt şübhə etməmişəm. Mən Liverpuldanam. Kimsə yaxınlarda məni övladlığa götürülmüş skauzer adlandırmışdı. Bunu eşidəndə həqiqətən də qürur duyuram”.


Kapitanın müqaviləsi ilə bağlı tarixçə yaxşı bitdi. Halbuki bir neçə gün əvvələ qədər Van Diykin komandada qalıb-qalmayacağı aydın deyildi. “Qırmızılar” martın ortalarında Çempionlar Liqasında mübarizəni dayandırandan sonra niderlandlı müdafiəçi jurnalistlərə belə demişdi:

“Növbəti mövsüm nə olacağını bilmirəm. Kimsə bildiyini deyirsə, deməli, sizə yalan danışır. Müqavilə ilə bağlı danışıqlar dayandırılıb? Heç nə dayandırılmayıb. Artıq demişəm: hansısa xəbər olan kimi biləcəksiz. İndi isə heç özüm də nəyin necə olacağını bilmirəm”.


Aprelin əvvəlində də niderlandlı ehtiyatlı danışmışdı:

“Danışıqlarda tərəqqi var. Qalacammı? Bilmirəm. Baxarıq”.


Xatırladaq ki, Vircil “Liverpul”a 2018-ci ildə “Sauthempton”dan keçib və həmin vaxtdan bəri “qırmızılar”ın əfsanəsinə çevrilməyə başlayıb. İndiyə qədər bu komandanın formasında 300-dən artıq oyun keçirib, 27 qol vurub, premyer-liqa, Çempionlar Liqası və Avropa Superkuboku da daxil olmaqla 7 titul qazanıb.
Ümiyyətlə, aprelin ortaları “Liverpul” fanatlarına sevindirici xəbərlər bəxş edib. Axı Van Diykdən bir neçə gün əvvəl Məhəmməd Salah da müqaviləsini yeniləyib. 32 yaşlı hücumçu da müqavilə müddətini ikiilliyə uzadıb.
Misirli komandada qaldığına görə şaddı: “Əvvəllər də əla komandamız var idi. Ancaq indi müqavilə bağladım və titullar qazanmaq şansımızın olduğuna əminəm. Yenə də öz oyunumdan həzz ala biləcəm. Səkkiz ildi bu klubdayam, 10 ilə çatacağıma ümid edirəm. Ən yaxşı illərimi burda keçirmişəm”.
Vircildən fərqli Salah yeni müqavilə ilə bağlı durumu müntəzəm şərh edirdi. Misirli ötən ilin noyabrında gileylənmişdi:

“Demək olar ki, dekabr qapıdadı, mən isə hələ də klubda qalmaqla bağlı heç bir təklif almamışam. Yəqin ki, daha çox komandadan kənardayam, nəinki komandanın içində”.


Yanvarda isə əlavə etmişdi ki, danışıqlarda heç bir tərəqqi yoxdu. “Liverpul” Salahla müqaviləni yeniləyəndən sonra onun məlum replikası üzərində yaxşıca oynadı. Hücumçunun fotosunun altında bu sözləri yazdı:

“Daha çox komandanın içində, nəinki çölündə”.


Son həftələrin müsbət xəbərlərinə baxmayaraq, çox güman, “Liverpul” mövsümün sonunda bütün liderlərini saxlaya bilməyəcək. Dünyaca məşhur insayder Fabritsio Romanonun yaydığı xəbərə görə, mövsümün sonunda müqavilə müddəti bitəcək 26 yaşlı müdafiəçi Trent Aleksander-Arnold “Real”ın yolunu tutacaq.
Onu da xatırladaq ki, “Liverpul” 32 turdan premyer-liqanın zirvəsində qərarlaşıb. “Qırmızılar” ən yaxın izləyicisini – “Arsenal”ı 13 xal qabaqlayır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see363

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see333

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see315

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see259

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see233

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see212

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see207

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see197

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see190

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see185

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see184

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see176

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see162

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri