Icma.az
close
up
RU
Liverpul un baş məşqçisi Qalatasaray la oyunöncəsi nələr dedi?

Liverpul un baş məşqçisi Qalatasaray la oyunöncəsi nələr dedi?

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Çempionlar Liqasında maraqlı oyunlardan biri İstanbulda keçiriləcək. Liqa mərhələsinin 2-ci turu çərçivəsində ''Qalatasaray'' ''Liverpul''u qəbul edəcək.

Xatırladaq ki, Türkiyə çempionu daxili çempionatda mövsümə ardıcıl 7 qələbə ilə start versə də, ÇL-in ilk matçında səfərdə ''Ayntraxt''a 1:5 hesabı ilə uduzdu. ''Liverpul'' isə bu mövsüm rəsmi matçlarda ilk məğlubiyyətini ötən həftəsonu premyer-liqa çərçivəsində ''Kristal Pelas'' ilə səfər oyununda yaşadı.
Bu arada İngiltərə nəhənginin çalışdırıcısı Arne Slot dünənki mətbuat konfransında önəmli acıqlamalar verib. Niderlandlı mütəxəssis bunları deyib:

''Liverpul'' formasını geymək və titullar qazanmaq üçün hər oyunda əlindən gələni etməlisən. ''Kristal Pelas'' ilə oyunda rəqibə çox fürsət verdik. Amma özümüz də çox fürsət yaxaladıq. Biz daha yaxşı oynamağa qadirik və bunu oyunçularıma da söylədim. Kyeza son məşqdə özünü sınadı. Amma ağrıları olduğu üçün məşqi bitirə bilmədi. Onu qarşıdakı matçın iştirak ərizəsinə salmadıq. Bu yay iki dənə ''9 nömrə'' almalı olduq. Birini Jota ilə bağlı yaşadığımız faciə, digərini isə Darvin Nunyesi satdığımız üçün aldıq. Bu futbolçular (İsak və Ekitike) çoxdan bizim diqqət mərkəzimizdə idi. Köməkçim Van Bronxorst Türkiyə futbolunu yaxından tanıyır. ''Qalatasaray''ın oyunçularını da məndən daha yaxşı bilir. Təbii ki, hər oyundan öncə onunla fikir mübadiləsi aparıram. Elə bu matçdan öncə də fikirlərini öyrəndim. ''Qalatasaray'' ''Ayntraxt''dan öncə sonuncu dəfə 5 qolu onun çalışdırdığı ''Beşiktaş''la oyunda buraxmışdı. Van Bronxorst üçün gözəl bir an idi və superkuboku qazanmışdı. ''Qalatasaray''ın Frankfurtdakı oyununu izlədim. Onlar üçün şanssız bir qarşılaşma oldu. Bir çox fürsətləri boşa verdilər. Fikrimcə, o oyun bir daha oynansa, ''Qalatasaray'' 5 qol buraxmaz. Türkiyə çempionatında ardıcıl 7 qələbə qazanıblar və cəmi 2 qol buraxıblar. Yaxşı baş məşqçiyə və oyunçulara sahibdilər. Qalib gəlməyi və kuboklar qazanmağı bacaran komandadı. ''Kristal Pelas''dan fərqli komandadı. Bu üzdən onları müqayisə edə bilmərəm. Psixoloji cəhətdən güclüdülər. Bizim üçün çətin rəqibdi''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri