UEFA dan Liverpul ilə oyunöncəsi Qalatasaray a şok cəza!
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
''Yuventus''u mübarizədən kənarlaşdıran və Çempionlar Liqasında 2014-dən bu yana ilk dəfə 1/8 finala yüksələn ''Qalatasaray'' məlum olduğu kimi bu mərhələdə ''Liverpul'' ilə qarşılaşacaq.
Bu arada UEFA-nın Türkiyə çempionuna şok bir cəza verdiyi məlum olub. ''Cim-Bom'' İngiltərədəki cavab oyununda azarkeş dəstəyindən məhrum edilib!
UEFA-nın açıqlamasında ''Yuventus'' ilə matçda ''sarı-qırmızılar''ın fanatlarının tribunada yol verdikləri özbaşınalıqlar, petardların yandırılması və meydana yad cisimlərin atılması bu cəzanın əsas səbəbi kimi göstərilib. Ancaq ''Qalatasaray'' bu qərara etiraz edib və cəzanın təxirə salınmasını istəyib.
İstanbul nəhənginin etirazı qəbul edilsə, o zaman ''Enfild''dəki oyuna qonaq sektoruna da azarkeşlər buraxılacaq.
Qeyd edək ki, ilk qarşılaşma martın 10-da İstanbulda, cavab oyunu martın 18-də Liverpulda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 05 Mart 2026 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















