Liverpul un bu futbolçuları Mançester Siti ilə oyunu buraxacaqlar
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Liverpul"un baş məşqçisi Arne Slot Premyer Liqanın 11-ci turunda "Mançester Siti" ilə qarşılaşma ərəfəsində zədəli futbolçularının vəziyyətindən danışıb.
QOL.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssis Alisson Bekker, Aleksander İsak və Jeremi Frimponqun "şəhərlilər"lə matçı da buraxacağını söyləyib:
"İsak 3 həftəlik fasilədən sonra bu gün ilk dəfə komanda ilə məşq edəcək. Əvvəllər dediklərimi təkrar edirəm: Ona bir az vaxt verin. Alisson qayıdır və Jeremi Frimponq da qayıdır. Lakin hər ikisi beynəlxalq fasilədən sonra meydana çıxa biləcəklər".
Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" oyunu noyabrın 9-da keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Premyer Liqanın 10 turundan sonra "Liverpul" 18 xalla 3-cü pillədə qərarlaşır. "Mançester Siti" isə 19 xalla 2-cidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 07 Noyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















