“Mançester Siti” və “Liverpul”un futbolçuları Misirə qələbə qazandırdı
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda daha bir oyun keçirilib.
"Unikal" xəbər verir ki, A qrupunun matçında Misir millisi Zimbabve yığması ilə qarşılaşıb. Görüş misirlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qolu Zimbabve seçməsi vurub. Prins Dube 20-ci dəqiqədə hesabı açıb. Misir millisi ikinci hissədə geridönüş edərək əzmkar qələbə qazanıb. Əvvəlcə “Mançester Siti”nin yarımmüdafiəçisi Omar Marmuş tarazlığı bərpa edib. Qalibiyyət qolunun müəllifi isə “Liverpul”da çıxış edən Məhəmməd Salah olub. Ulduz futbolçu 90+1-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, bu qrupun ilk oyununda Mərakeş millisi Komor adaları yığmasını 2 cavabsız qolla məğlub edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 23 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















