Icma.az
close
up
RU
“Liverpul” xal fərqini qorudu, MY yenə uğursuzluqla üzləşdi

“Liverpul” xal fərqini qorudu, MY yenə uğursuzluqla üzləşdi

Footbal-plus-ə istinadən Icma.az xəbər verir “Liverpul” xal fərqini qorudu, MY yenə uğursuzluqla üzləşdi.

Turlar ötdükcə çempionluq uğrunda mübarizənin əsasən “Liverpul”la “Arsenal” arasında gedəcəyi qətiləşir.

Qeyri-sabit nəticələrlə yadda qalan “Nottingem Forest”lə “Mançester Siti” isə bu mübarizəyə müəyyən dərəcədə rəng qatır. “Meşəçilər” hesabat turunda uduzdu, MS “Nyukasl”ı darmadağın etdi. Mançesterin daha titullu təmsilçisinin məğlubiyyətləri isə artıq adi hala çevrilib.
Turun ilk oyununda “Brayton” “Çelsi”ni darmadağın etdi. Oyunun əvvəlində “zadəganlar” daha üstün təsir bağışladı, amma nə Palmer, nə də Madueke Hüstonun ötürməsindən yararlana bildi. Səbirlə müdafiə olunan “qağayılar” şansını gözlədi. Bu şans onların əlinə 27-ci dəqiqədə düşdü. Qapıçı Verbrüggendən ötürmə alan Mitoma Çalobanı yolundan kənarlaşdırıb hesabı açdı. Fernandesin cavab qolu hücumda qayda pozuntusu üzündən ədalətli olaraq sayılmadı. Bir neçə dəqiqə sonra cənublular “Çelsi”nin cərimə meydançasında çoxaldı və Mintex Uelbekin ötürməsi ilə fərqi artırdı. Total nəzarət “Çelsi”nin potensialından xəbər versə də, komandanın liderləri formada deyilsə, bunun nə faydası var?! Nəticədə qonaqlar oyunboyu Verbrüggenin qapısının çərçivəsinə bir zərbə də vurmadı. Mintex isə Uelbekin daha bir ötürməsindən sonra dublunu rəsmiləşdirdi. Londonlular heç təsəlli qolunu da vura bilmədi. Onlar Mareskanın dönəmində ilk böyükhesablı məğlubiyyətlə üzləşdi. “Brayton” isə tarixində ilk dəfə “Çelsi” üzərində “quru” qələbə qazandı.
“Lester”lə səfətr oyunu “Arsenal” üçün çox çətin alındı. Məlum olduğu kimi, “topçular” hücum xəttində çox ciddi problemlə üzləşib. Onlar zədə üzündən Jezusla Havertsi mövsümün sonuna qədər itirib. Bu üzdən Arteta sərəncamında olan oyunçuların mərkəz hücumçusu roluna kimin uyğun gələcəyi üzərində baş sındırmalıdı. Baş məşqçi Lesterdə Trossarın xeyrinə seçim etdi, ancaq belçikalı öyrəşmədiyi mövqedə özünü göstərə bilmədi.
Londonlular topa daha çox nəzarət etsələr də, hücum əməliyyatlarının final mərhələsində yaradıcılıq çatışmırdı. Yalnız Nvaneri “tülkülər”ə həyəcan yaşada bilirdi. O, 2-ci hissədə iki dəfə topu qapı dirəyinə vurdu. Arteta 2-ci hissənin ortalarında Trossarı mərkəz hücumçusu mövqeyindən yarımmüdafiənin soluna çəkdi, hücumun mərkəzində isə xavbek Merino oynamağa başladı. Bu gediş gözəl nəticə verdi. Sonda dubl edən Merino oyunun qəhrəmanı oldu. Mikel əvvəlcə Nvanerinin ötürməsini başla tamamladı, ardından Trossarın əla asmasından yararlandı. “Lester”i oyunun əksər bölümündə müdafiədə keyfiyyətli oyuna görə tərifləmək olar. Ancaq “tülkülər” keyfiyyətli hücum qura bilmədi. Van Nistelroyun çalışdırdığı komanda ardıcıl 5-ci ev oyununda uduzmaqla hələ təhlükəli zonadadı. “Arsenal” isə lider “Liverpul”la xal fərqini müvəqqəti 4 xala endirdi.
Düzdü, “qırmızılar” ertəsi yenidən fərqi 7-yə çatdırdı. Çempion olmaq istəyən komanda bəzən belə də qələbə qazanmalıdı. “Liverpul” yalnız ilk yarıda fəal təsir bağışladı, dominantlıq etdi, qol vəziyyətləri yaratdı. Səviyyə fərqi Diasla Salahın vurduğu qollarda əksini tapdı. Misirli penaltidən fərqləndi. “Vulverhempton” isə irəlidə heç nə ilə yadda qalmadı. Ancaq 2-ci hissədə oyunun axarı radikal şəkildə dəyişdi. Görünür, “Liverpul” da qələbəyə həddən tez inandı. Çoxlu təhlükəli vəziyyət yaradan “canavarlar” qollardan birinin əvəzini çıxsa da, məğlubiyyətdən qurtula bilmədi.
“Mançester Siti” ilə “Nyukasl” şəxsi oyuna qədər bərabər xala malik idi. Çoxları gərgin mübarizə gözləsə də, oyun az qala təkqapı getdi. Mançesterlilər “sağsağanlar”ı tər-təmiz məğlub etdi. Özü də oyunun taleyi ilə bağlı suala elə ilk yarıda aydınlıq gəldi. Qvardiolanın komandası fasiləyə qədər üç cavabsız qol vurdu. İlk yarı Marmuşun benefisinə çevrildi. “Ayntraxt”dan alınan Omar MS-də qol hesabını het-triklə açdı. İlk qolda misirliyə qapıçı Ederson assistentlik etdi. “Nyukasl” öz növbəsində hücumda hədsiz “dişsiz” göründü və mançesterlilərin müdafiəsinə nadir hallarda çətinlik yaratdı. Haunun komandası fasilədən sonra irəlidə fəallaşsa da, intriqanı bərpa edə bilmədi. Meydan sahibləri sona yaxın 4-cü qolu da vurdu. Sonradan meydana çıxan Makeyti fərqləndi. MS-nin son aylardakı ən parlaq qələbəsi ilə bağlı təəssüratı Holannın sondakı qəfil zədəsi korladı. Heç nədən zədələnən norveçli dizini tutdu. O, meydanı sərbəst şəkildə tərk etsə də, çərşənbə günü “Real”a qarşı oynaması sual altındadı. “Çelsi”ni arxada qoyan “şəhərlilər” növbəti turda “Liverpul”u qəbul edəcək.
Mövsümün iki uğursuzunun – “Tottenhem”lə MY-nin duelində “mahmızlar” qalib gəldi. Meddisonun 13-cü dəqiqədə vurduğu qol oyunun taleyini həll etdi. Bundan sonra hər iki komanda bir neçə əlverişli imkanı boşa verdi. Oyun ümumilikdə xaotik xarakter daşıdı, qarşılıqlı səhvlər və top itkiləri ilə müşayiət olundu. Təşəbbüs əldən-ələ keçdi. Qapıçılar da dəfələrlə ustalığını göstərməli oldu. Amorim, demək olar ki, dəyişikliyə əl atmadı. Onun ehtiyat oyunçular skamyasında oyunu gücləndirəcək kimsə yox idi.
Turun qalan oyunlarına da toxunaq. “Nottingem Forest” “Fulhem”lə səfər oyununda sensasiyalı məğlubiyyətlə üzləşdi. “Aston Villa” – “İpsviç” oyununda qalib müəyyənləşmədi. Şadenin erkən qolu “Brentford”a “Vest Hem” üzərində qələbə qazandırdı. “Everton”un turnir cədvəlində yüksəlişi davam edir. Devid Moyesin gəlişindən sonra yaxşı forma yığan “göylər” səfərdə “Kristal Pelas”a qalib gəldi. Elitadan gedəcəyi artıq şübhə doğurmayan “Sauthempton” evdə “Bornmuta uduzdu.
25-ci tur
Brayton - Çelsi 3:0
Mitoma, 27. Mintex, 38; 63. (31503)
Çelsi: Yorgensen, Hüsto (Ceyms, 65), Çaloba, Koluill, Kukurelya, Kaysedo (Dyusberi-Holl, 65), Fernandes, Madueke, Palmer, Neto (Corc, 65), Nkunku (Sanço, 21).
Lester - Arsenal 0:2
Merino, 81; 87. (31968)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, Lüis-Skelli (Kalafyori, 76), Edeqor, Parti (Jorjinyo, 75), Rays, Nvaneri, Trossar (Tirni, 89), Sterlinq (Merino, 69).
Liverpul - Vulverhempton 2:1
Dias, 15. Salah, 37-p. Kunya, 67. (60401)
Liverpul: Alisson, Aleksander-Arnold (Bredli, 64), Van Diyk, Konate (Kuansa, 46), Robertson, Qravenberx, Makallister, Salah, Soboslai, Dias (Endo, 71), Jota (Nunyes, 64).
Mançester Siti – Nyukasl 4:0
Marmuş, 19; 24; 33. Makeyti, 84. (52432)
MS: Ederson, Lüis, Xusanov, Stounz, Qvardiol (O”Rayli, 87), Niko, Gündoğan (Kovaçiç, 87), Foden (Makeyti, 76), Marmuş (Dokyu, 76), Savinyo, Holann (Nunyeş, 87).
Tottenhem – Mançester Yunayted 1:0
Meddison, 13. (61383)
Tottenhem: Vikario, Porro, Danso (Qrey, 78), Devis, Spens, Berqvall (Sarr, 64), Bentankur (Bissuma, 78), Kulusevski, Meddison (Conson, 64), Son Hın Min (Odober, 87), Tel.
MY: Onana, De Liqt, Maquayr, Mazraui, Dorqu, Kazemiro (Obu-Martin, 90+1), Fernandeş, Dalot, Zirkzee, Qarnaço, Heylunn.
Fulhem – Nottingem Forest 2:1
Smit-Rou, 15. Bassi, 62 – Vud, 37. (27164)
Aston Villa – İpsviç 1:1
Uotkins, 69 – Delap, 56. (42510)
Vest Hem – Brentford 0:1
Şade, 4. (62467)
Kristal Pelas – Everton 1:2
Mateta, 47 – Betu, 42. Alkaras, 80. (25108)
Sauthempton – Bornmut 1:3
Sulemana, 72 – Uattara, 14. Kristi, 16. Tavernye, 83. (31037)
1. Liverpul 25 18 6 1 60-24 60
2. Arsenal 25 15 8 2 51-22 53
3. Nottingem F. 25 14 5 6 41-29 47
4. Mançester S. 25 13 5 7 52-35 44
5. Bornmut 25 12 7 6 44-29 43
6. Çelsi 25 12 7 6 47-34 43
7. Nyukasl 25 12 5 8 42-33 41
8. Fulhem 25 10 9 6 38-33 39
9. Aston Villa 25 10 8 7 35-38 38
10. Brayton 25 9 10 6 38-38 37
11. Brentford 25 10 4 11 43-42 34
12. Tottenhem 25 9 3 13 49-37 30
13. Kristal Pelas 25 7 9 9 29-32 30
14. Everton 25 7 9 9 27-31 30
15. Mançester Y. 25 8 5 12 28-35 29
16. Vest Hem 25 7 6 12 29-47 27
17. Vulverhempton 25 5 4 16 35-54 19
18. İpsviç 25 3 8 14 23-50 17
19. Lester 25 4 5 16 25-55 17
20. Sauthempton 25 2 3 20 19-57 9
Bombardirlər: Salah (Liverpul) - 23, Holann (MS) – 19, Vud (Nottingem Forest) - 18, İsak (Nyukasl) – 17, Palmer (Çelsi), Mbemo (Brentford) – 14.
Növbəti turun oyunları fevralın 21-23-ü aralığında keçiriləcək: Lester – Brentford, Everton – Mançester Yunayted, Bornmut – Vulverhempton, Arsenal – Vest Hem, Fulhem – Kristal Pelas, İpsviç – Tottenhem, Sauthempton – Brayton, Aston Villa – Çelsi, Nyukasl – Nottingem Forest, Mançester Siti – Liverpul.
Turun rəqəmi
6 – MS-nin qapıçısı Ederson qapıçılar arasında məhsuldar ötürmələrin sayına görə premyer-liqada yeni rekord müəyyənləşdirdi. Marmuş ilk qolu məhz onun ötürməsindən sonra vurdu. Premyer-liqada belə ötürmələrin sayını 6-ya çatdıran braziliyalı qapıçı bu göstəricidə Pol Robinsonu (5) arxada qoydu. Bundan başqa, Ederson bir mövsümdə 3 məhsuldar ötürmə verən ilk qapıçıdı. O, “Brentford” və “Çelsi” ilə oyunlarda da komanda yoldaşlarının fərqlənməsinə şərait yaratmışdı.
Turun ulduzu
Omar Marmuş (MS) – “şəhərlilər”in misirli debütantı premyer-liqaya çox tez uyğunlaşdı. “Nyukasl”la oyunda bir hissə ərzində het-trik etdi. Salah həmvətəninin simasında yeni rəqib qazanıb. Sadəcə, Omar da Məhəmməd kimi sabit oyun göstərməlidi.
Turun sitatı
Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“Liverpul”un cari mövsümdə necə oynadığını görürsüz. Ancaq onlar artıq 100 xal toplaya bilməyəcək. 99 toplayacaqlar, ancaq 100 yox. Müasir futbolda kim 100 xal toplayacaq? Gözləyirəm. Kim premyer-liqanı ardıcıl dörd dəfə qazanacaq? Gözləyirəm”.


Oyundan sonra
Entso Mareska, “Çelsi”nin baş məşqçisi:

“Bu nəticə hər baxından məyuseducudu. Əlbəttə, bura gələn azarkeşlərimizə görə çox məyusuq. Bir çox məqam var ki, yaxşılaşdırmalıyıq. İrəlidə oyun çoxdu, hələ də yaxşı vəziyyətdəyik. Mövsümün indiki çağında belə oyun göstərməyə haqqımız yoxdu. Birlikdə vəziyyətdən çıxmalıyıq”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Çox çətin oyun oldu. İlk yarıda, xüsusən də ilk 20-25 dəqiqədə çox sadə vəziyyətlərdə səhvlərə yol verdik. Top itkilərindən sonra rəqib bizə təhlükəli anlar yaşatdı. Ancaq 2-ci hissədə hər şey fərqli oldu. Daha sürətli oynadıq, qazanmaq arzumuz artdı, qol vəziyyətlərindən daha yaxşı yararlandıq”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Paltardəyişmə otağında dedim ki, futbolçular bəlkə də özlərini məyus hiss edirlər, ona görə ki, 2-ci hissədə yaxşı oynamadıq. Hər halda, sona qədər mübarizə aparırıq. Mövsümdə nəyisə qazanmaq istəyirsizsə, belə qələbələr də lazımdı. İki həftə əvvəl “Tottenhem”ə 4:0 hesabıyla qalib gələndə fantastik futbol oynadıq. Ancaq mövsümdə belə qələbələr də olmalıdı”.


Ruben Amorim, MY-nin baş məşqçisi:

“Yalnız bir fərq var – rəqib imkanlardan yararlandı, biz isə yox. Komandanın futbol oynamağa çalışdığını gördüm, bu üzdən dəyişiklik etmədim. Fanatları anlayıram, ancaq eyni zamanda niyə burda olduğumu da bilirəm. Özümə əminəm, yalnız qələbə qazanmaq istəyirəm”.


Ange Postekoğlu, “Tottenhem”in baş məşqçisi:

“Bu gün “Tottenhem”ə 3 xal lazım idi. Rəqibin pressinqi altında özümüzü yaxşı göstərdik, ona heç nə yaratmağa imkan vermədik. Böhrandan çıxmağa yaxınıqmı? Bilmirəm, heç kim bilmir. Ancaq belə hissiyyat var ki, mövsümün 2-ci yarısı daha uğurlu olacaq”.


Faktlar
* “Brayton” 6 gün ərzində iki dəfə “Çelsu”ni məğlub etdi. Fevralın 8-da ölkə kubokunun 1/16 final oyununda əzmkar qələbə qazanan “qağayılar” bu dəfə də “zadəganlar”dan üstün oldu. Maraqlıdı ki, “Brayton” bu iki oyundan əvvəl səfərdə “Nottingem Forest” önündə darmadağın olmuşdu – 0:7.
* “Çelsi” rəqibin qapısının çərçivəsinə bir zərbə də vurmadı. Londonluların 8 zərbəsindən heç biri dəqiq olmadı. “Brayton”un isə 13 zərbəsindən 5-i “çərçivə”yə getdi. Topa nəzarət baxımından “Çelsi” 70-in 30-a nisbətində üstün oldu.
* MY çempionatda keçirdiyi 25 oyunun 12-də uduzub. Komanda mövsümün ilk 25 oyununda bu qədər məğlubiyyəti sonuncu dəfə 1973/74 mövsümündə alıb. Onda hətta bu zaman kəsiyində 13 dəfə uduzan “qırmızı şeytanlar” mövsümün sonunda elitadan gedib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://www.football-plus.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov sabah Hakan Fidanla hansı məsələləri müzakirə edəcək DETALLAR

23 Fevral 2025 14:55see168

Türk ulduz La Liqa nəhənginin radar ında

23 Fevral 2025 19:26see119

Ədalət Şükürov gənclik illərində… Foto

23 Fevral 2025 15:47see116

Hər iş sahibinə dönər...

23 Fevral 2025 22:01see115

İran ordusu amfibiya desant əməliyyatı həyata keçirdi

24 Fevral 2025 00:51see114

Lukman İngiltərə yolunda

24 Fevral 2025 11:25see111

Aqşin Yeniseyin 3 dəqiqədə 3 səhvi REPLİKA

24 Fevral 2025 08:00see111

MİDA nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? ARAŞDIRMA

24 Fevral 2025 09:10see110

Sürət həddi endirildi

23 Fevral 2025 22:09see110

Hizbullah tərəfdarları Beyrutda: döyüşə hazır vəziyyət

23 Fevral 2025 16:58see110

Liqa 1: Olimpik Marsel i kötəklədilər

23 Fevral 2025 05:18see110

Bakı Sumqayıt yolunda “BMW” yandı VİDEO

23 Fevral 2025 20:26see110

Məktəbin qar, təhsilin isə ekologiya dərdi Şagirdlərin xəbərsiz qaldığı təhlükələr

23 Fevral 2025 23:52see110

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

23 Fevral 2025 21:37see109

Bakıda maşın almaq istəyən şəxs alverçinin qurbanı oldu VİDEO

23 Fevral 2025 08:45see109

Abşeronun bu kəndinin yollarına xüsusi texnikalar cəlb edildi FOTO/VİDEO

23 Fevral 2025 22:07see109

Brent bir barel üçün 74,42 dollara ticarət edilir

24 Fevral 2025 22:47see108

Zelenski prezidentlikdən gedir?

25 Fevral 2025 01:01see107

Zelenskidən fərqli olaraq, Putinə diktator demədi

24 Fevral 2025 23:02see107

Balıq qiymətləri əl yandırır Ekspert səbələrdən danışdı

24 Fevral 2025 14:23see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri