Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

“Liverpul” izləyiciləri ilə xal fərqini artırdı

“Liverpul” izləyiciləri ilə xal fərqini artırdı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Premyer-liqada 11-ci turun əsas nəticəsi “Liverpul”un izləyiciləri ilə xal fərqini artırması oldu.

Mersisaydlıların evdə “Aston Villa”ya qalib gəldiyi oyunda Salah qol və məhsuldar ötürmə ilə yadda qaldı. “Mançester Siti” çempionatda ardıcıl 2-ci məğlubiyyətlə barışdı. Son çempion səfərdə “Brayton”a uduzdu. Qvardiolanın komandası açıq-aşkar böhran yaşayır. “Siti” 2006-cı ildən bəri ilk dəfə bütün turnirləri nəzərə almaqla ardıcıl 4 oyunda uduzub. Həmçinin Qvardiolanın məşqçi karyerasında da ilk dəfə belə hal yaşanır.
Turun mərkəzi oyunu “Çelsi” ilə “Arsenal” arasındakı London derbisi idi. Paytaxt klubları meydandan 1:1 hesablı heç-heçə ilə ayrıldı. “Mançester Yunayted” futbolçuları azarkeşlərini sevindirdi. Hələ də Van Nistelroyun rəhbərliyi altında meydana çıxan “qırmızı şeytanlar” “Lester”in qapısından üç cavabsız top keçirdi. “Nyukasl” “Nottingem Forest”lə oyunda əzmkar qələbə qazandı.
“Tottenhem”in nəticələrinə izah tapmaq çətindi. Ange Postekoğlunun komandası evdə aşkar autsayder “İpsviç”ə uduzdu. Bu, “traktorçular”ın mövsümdəki ilk qələbəsidi. “Vulverhempton” da cari mövsümdəki ilk qələbəsini qazandı. “Canavarlar” autsayderlərin duelində “Sauthempton”un öhdəsindən gəldi. “Brentford” – “Bornmut” oyununda 5 qol vuruldu. “Arılar” sonda qələbəni bayram etdi – 3:2. “Fulhem” “Kristal Pelas”la səfər oyunundan inamlı qələbə ilə qayıtdı. Turun yalnız bir oyununda qapılar toxunulmaz qaldı. Turnir cədvəlinin 2-ci qütbündə olan “Vest Hem” ilə “Everton” bir-birinin qapısına yol tapa bilmədi.
11-ci tur
Liverpul – Aston Villa 2:0
Nunyes, 20. Salah, 84. (60292)
Liverpul: Kelleher, Aleksander-Arnold (Bredli, 25), Konate, Van Diyk, Robertson, Qravenberx, Makallister (Endo, 87), Salah, Cons (Soboslai, 65), Dias, Nunyes (Qakpo, 65).
Brayton – Mançester Siti 2:1
Pedro, 78. O”Rayli, 83 – Holann, 23. (31715)
MS: Ederson, Lüis, Uoker, Simpson-Pyuzi, Qvardiol, Kovaçiç, Savinyo (De Bruyne, 74), Foden, Gündoğan (B.Silva, 72), Nunyeş, Holann.
Çelsi – Arsenal 1:1
Neto, 70 Martinelli, 60. (39780)
Çelsi: Sançes, Hüsto (Ceyms, 82), Fofana, Koluill, Kukurelya, Kaysedo, Lavia (Fernandes, 68), Madueke (Mudrik, 68), Palmer, Cekson (Nkunku, 88), Neto.
Arsenal: Rayya, Uayt, Saliba, Qabriel, Timber, Edeqor, Parti, Rays (Merino, 71), Saka (Jezus, 81), Haverts, Martinelli (Trossar, 71).
Tottenhem – İpsviç 1:2
Bentankur, 69 – Şmodiks, 31. Delap, 43. (61505)
Tottenhem: Vikario, Porro, Romero, Drequşin, Udoci, Kulusevski, Bentankur (Bissuma, 84), Sarr (Verner, 66), Conson (Meddison, 84), Solanke, Son Hın Min.
Mançester Yunayted – Lester 3:0
Fernandeş, 17. Kristiansen, 38-öz qapısına. Qarnaço, 82. (73829)
MY: Onana, Dalot (Evans, 57), De Liqt, Martines, Mazraui, Kazemiro (Eriksen, 79), Uqarte, Dyallo, Fernandeş, Reşford (Qarnaço, 57), Heylunn (Zirkzee, 75).
Brentford – Bornmut 3:2
Vissa, 27; 58. Damsqor, 50 Evanilson, 17. Klyuvert, 49. (???)
Kristal Pelas Fulhem 0:2
Smit-Rou, 45+2. Uilson, 83. (25142)
Vest Hem Everton 0:0
(62463)
Vulverhempton Sauthempton 2:0
Sarabiya, 2. Kunya, 51. (31403)
Nottingem Forest Nyukasl 1:3
Murilyo, 21 İsak, 54. Joelinton, 72. Barns, 83. (30145)
1. Liverpul 11 9 1 1 21-6 28
2. Mançester S. 11 7 2 2 22-13 23
3. Çelsi 11 5 4 2 21-13 19
4. Arsenal 11 5 4 2 18-12 19
5. Nottingem F. 11 5 4 2 15-10 19
6. Brayton 11 5 4 2 19-15 19
7. Fulhem 11 5 3 3 16-13 18
8. Nyukasl 11 5 3 3 13-11 18
9. Aston Villa 11 5 3 3 17-17 18
10. Tottenhem 11 5 1 5 23-13 16
11. Brentford 11 5 1 5 22-22 16
12. Bornmut 11 4 3 4 15-15 15
13. Mançester Y. 11 4 3 4 12-12 15
14. Vest Hem 11 3 3 5 13-19 12
15. Lester 11 2 4 5 14-21 10
16. Everton 11 2 4 5 10-17 10
17. İpsviç 11 1 5 5 12-22 8
18. Kristal Pelas 11 1 4 6 8-15 7
19. Vulverhempton 11 1 3 7 16-27 6
20. Sauthempton 11 1 1 9 7-21 4
Bombardirlər: Holann (MS) – 12, Mbemo (Brentford), Vud (Nottingem Forest), Salah (Liverpul) – 8, Palmer (Çelsi) – 7.
Növbəti turun oyunları noyabrın 23-25-də keçiriləcək: Lester – Çelsi, Bornmut – Brayton, Arsenal – Nottingem Forest, Aston Villa – Kristal Pelas, Everton – Brentford, Fulhem – Vulverhempton, Mançester Siti – Tottenhem, Sauthempton – Liverpul, İpsviç – Mançester Yunayted, Nyukasl – Vest Hem.
Turun rəqəmi
35 – Salah premyer-liqada eyni vaxtda həm qol vurduğu, həm də məhsuldar ötürmə verdiyi oyunların sayını bu həddə çatdırdı. Bu göstəricidə liqanın rekordçusu Ueyn Runidi (36). Salah cari mövsümdə keçirdiyi 11 oyunda 8 qol vurub, 6 məhsuldar ötürmə verib.
Turun ulduzu
Məhəmməd Salah (Liverpul) – misirli forvard möhtəşəm forma yığıb. Nunyes “bədxərclik etməsəydi”, Salahın bu oyundakı məhsuldar ötürmələrinin sayı daha çox olacaqdı.
Turun sitatı
Xosep Qvardiola, MS-nin baş məşqçisi (komandasının ardıcıl 4 oyunda uduzması haqda):

“Həyatda həmişə nəsə ilk dəfə yaşanır. “Bornmut” qələbəyə layiqdi, ancaq qalan oyunlarda biz çox yaxşı təsir bağışlamışdıq. Uduzmuşuq, bu üzdən mənim dəlillərim özünə bəraət qazandırmaq cəhdinə bənzəyəcək. Həqiqətən pis oynasaydıq, bunu deməzdim. Ancaq hesab etmirəm ki, pis oynayırıq”.


Fakt
Holann premyer-liqada yeni rekorda imza atdı."Brayton"la oyunda fərqlənən norveçli hücumçu bu liqanın tarixində 75 qola ən tez çatan oyunçudu. Holann bunu 77 matçda bacarıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:391
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Noyabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri