Icma.az
close
up
RU
Liviya, BƏƏ, hətta Kolumbiya Sudandakı silahlı müxalifətə dəstəkdir

Liviya, BƏƏ, hətta Kolumbiya Sudandakı silahlı müxalifətə dəstəkdir

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Sudandakı vətəndaş müharibəsi 21-ci əsrdə sayca bu ölkədəki vətəndaş qarşıdurmasının 3-cü mərhələsinə adlayıb. Bu müharibə 2003-cü ildə alovlanıb, 2023-cü ilin aprelində yeni mərhələyə daxil olub. Müharibənin etnik tərəfləri ilə yanaşı, sosial, siyasi tərəfləri də mövcuddur. Əsasən əkinçiliklə məşğul olan yerli zənci tayfaları ilə bu ölkəyə gəlmə sayılan şoa ərəbləri arasında etnik zəmində başlamış qarşıdurma maldarlıq, əsasən dəvə bəslənməsi və satışı ilə məşğul olan və ərəb dilinin Sudan dialektində danışan şoa ərəbləri arasında gəlirlərə nəzarət və böluşdurulmə ilə bağlı məsələlərə fərqli baxışlardan doğub, tədricən böyüyərək siyasi müstəviyə keçib, dövlətin hadisələrə müdaxiləsi ilə hərbi qarşıdurma səviyyəsinə yüksəlib.

Bunu xalqcebhesi.az-a politoloq Elşən Manafov Sudanda baş verən vətəndaş müharibəsi ilə bağlı deyib.

Onun sözlərinə görə, şoa ərəbləri Sudanla yanaşı qonşu Niğeriya, Çad, Mərkəzi Afrika respublikasında yaşayan və hazırda bu ölkələrdə ümumi sayı 3 milyondan yuxarı olan zənci mənşəli ərəb qəbilələridir. Onların başında Məhəmməd Həmdan Daqlo adlı şəxs durur ki, hazırda Sudanın dövlət və hərbi xadimidir. Daqlo əvvəllər dəvəçiliklə məşğul olmuş, dəvə satışından əldə etdiyi gələrlərlə bu ölkədə karvan yollarına nəzarət və basqınları həyata keçirmişdir. Ətrafındakı silahlı birləşmələrin Sudan Silahlı Qüvvələrinə reinteqrasiya edilməsi şərtləri ilə prezident Ömər Əl Bəşərin təkliflərini qəbul etdikdən sonra Sudan hərbi qüvvələrinin general-leytenantı rütbəsinə yüksəldilmişdir. Darfurt ətrafındakı qızıl mədənlərinin birinə nəzarəti ələ keçirdikdən sonra hakimiyyətlə münasibətləri kəskinləşmişdir:

"Ümumiyyətlə, onun siyasi yuksəlişində hakimiyyətin rolu, ilk baxışda onu zərərsizləşdirmək üçün liberal mövqe sərğiləməsi birmənalıdır. Bu mənada o Sudanın Surət Huseynovu və ya Putinin dəstəyi ilə Vaqnerin başına gətitilmiş Priqojinidir. Daqlonunun tabeliyində olan və Sürətli Dəfetmə Quvvələri statusunu qazanmış qiyamçı hərbi birləşmələri Sudan prezidenti Əbdul Fəttax Əl Burhanın tərkisilah etmək cəhdi uğursuz olub və ölkəni humanitar fəlakətə surukləyib. Hazırda bu ölkədə 25 milyondan çox əhali aclıqdan əziyyət çəkir, BMT-nin açıqlamalarına görə 11,5 milyon insan qaçqın düşüb, 330 dan yuxarı xəstəxana dağıdılıb, ölkənin infrastukturuna ciddi ziyan dəyib".

Politoloq onu da deyib ki, Türkiyə və Misir kimi musəlman ölkələri rəsmi Xartuma dəstək göstərsələr də, silahlı müxalifət Liviya, Birləşmiş Ərəb Əmirlikləri, hətta Kolumbiyadan silahlı dəstəyə malikdir. Keniya kimi Afrika dövləti rəsmən Daqloya diplomatik dəstək verir.

Beynəlxalq güclər münaqişəni pisləsələr də, Sudanın təbii sərvətləri, ilk növbədə qızıl mədənləri ilə bağlı maraqlar baxımından gözləmə mövqeyindədirlər. Ölkədəki aclığın dəf edilməsi üçün Rusiyanın yüz tonlarla göndərdiyi taxılın əhəmiyyəti böyükdür.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 İyul 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri