Böyük Göllər Regionu təşkilatının sammiti Sudandakı silahlı müxalifətin əməllərini pisləyib
Icma.az bildirir, Azertag portalına istinadən.
Qahirə, 17 noyabr, AZƏRTAC
Böyük Göllər Regionu Beynəlxalq Konfransı təşkilatı (ICGLR) Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada keçirilən 9-cu sammitində BMT Təhlükəsizlik Şurasını Sudanda mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan Çevik Dəstək Qüvvələrinin fəaliyyətini pisləməyə çağırıb.
AZƏRTAC Sudan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, sammitdə ICGLR təşkilatının Nazirlər Şurası tərəfindən təqdim olunan və Çevik Dəstək Qüvvələrinin terror təşkilatı kimi tanınmasını nəzərdə tutan tövsiyələr qəbul edilib.
Qeyd edək ki, 2000-ci ildə təsis edilən təşkilat on iki üzv dövlətdən ibarətdir: Anqola, Burundi, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Konqo Demokratik Respublikası, Keniya, Uqanda, Ruanda, Cənubi Sudan Respublikası, Sudan, Tanzaniya və Zambiya.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Baxış sayı:111
Bu xəbər 17 Noyabr 2025 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















