Icma.az
close
up
RU
Liviya pulu işi üzrə məhkəmə prosesi başlayır

Liviya pulu işi üzrə məhkəmə prosesi başlayır

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Elektron qandalla bir il ev dustaqlığına məhkum edilən sabiq Fransa prezidenti Sarkozinin korrupsiyada ittiham olunduğu "Liviya pulu" işi üzrə məhkəmənin bu gün başlayacağı açıqlanıb.

“Cebheinfo.az” xəbər verir ki, Sarkozi seçki kampaniyasını maliyyələşdirmək üçün Liviyanın keçmiş lideri Müəmmər Qəddafidən qeyri-qanuni maliyyə dəstəyi almaqda ittiham olunur.

On ildən artıqdır davam edən təhqiqatdan sonra keçmiş prezident Sarkozinin və 3-ü keçmiş nazir də daxil olmaqla 12 nəfərin “korrupsiya müqaviləsi” bağlamaqda ittiham olunduğu iddia edilib. 

Liviyadakı Qəddafi administrasiyası bu gün Paris Cinayət Məhkəməsində dinləniləcək.

Sarkozinin 2007-ci ildə keçirilən prezident seçkilərini Liviyadan qeyri-qanuni yollarla əldə etdiyi pullarla maliyyələşdirdiyinə dair iddialara baxılacaq məhkəmənin təxminən 3 ay davam edəcəyi gözlənilir.

Bildirilir ki, Sarkozinin təqsiri sübuta yetirilərsə, 10 ilə qədər həbs cəzası ala bilər.

2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozi ona qarşı irəli sürülən ittihamları rədd edir.

Dekabrda Sarkozi korrupsiya ittihamı ilə mühakimə olunduğu "telsiz dinləmə" işi üzrə bir il ev dustaqlığına məhkum edilib.

Sarkozinin 1 illik həbs cəzasını elektron qolbaqla evində çəkməsi və 3 il seçilmək hüququndan məhrum edilməsi barədə qərar çıxarılıb.

2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozinin "2007-ci ildə prezident seçkiləri kampaniyasını aparmaq üçün Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafidən qeyri-qanuni maliyyə dəstəyi aldığı və kampaniyanı bu dəstəklə apardığı" iddia edilir.

Sarkozinin 2006-cı ilin sonu və 2007-ci ilin əvvəllərində seçki kampaniyası zamanı Liviya administrasiyasından 50 milyon avro aldığı iddia edilir.

İddialardan sonra 2013-cü ildə baş vermiş hadisə ilə bağlı ilkin araşdırma aparılıb.

Sarkozi 2018-ci il martın 21-də Parisdə saxlanılıb və ona qarşı "seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi, korrupsiya və Liviya dövlət vəsaitlərinin gizlədilməsi" iddiaları ilə istintaq başlayıb.

Digər tərəfdən, Liviya işində şahid olan fransız-livan əsilli iş adamı Ziad Takieddinenin 2006-cı ilin sonlarında Liviyadan Sarkoziyə 5 milyon avro gətirdiyi iddia edilir.

İş adamı Takieddine əvvəlcə Sarkozinin Liviyadan maliyyə aldığını iddia etsə də, 2020-ci ildə açıqlamalarını dəyişərək bunun əksini iddia edib.

Nigar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri