Sarkozi “Liviya işi” üzrə təqsirli bilinib
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Paris məhkəməsi Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2007-ci ildə seçkiqabağı kampaniyanı qanunsuz maliyyələşdirmək işi üzrə təqsirli bilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “BFMTV” telekanalı yayıb.
“Nikola Sarkozi 2005-ci ildən 2007-ci ilə qədər olan dövrdə cinayət təşkilatında iştirak etməkdə təqsirli bilinib” – məlumatda qeyd olunub.
İstintaq məlumatına əsasən, Sarkozi yaxın adamları vasitəsilə 2007-ci il prezident seçkilərində özünün seçki kampaniyası üçün əlavə maliyyə vəsaitləri əldə etmək üçün Liviyanın keçmiş lideri Müəmmər Qəddafi ilə “korrupsiya paktı” bağlayıb.
Eyni zamanda, məhkəmə Fransanın sabiq prezidentini dövlət vəsaitlərinin mənimsənilməsi və passiv korrupsiya kimi digər ittihamlar üzrə təqsirli bilməyib.
Bununla belə, Sarkozinin həbsi ilə bağlı yekun qərar hələ açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 25 Sentyabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















