Liviyada neft hasilatının artırılmasına 4 milyard dollar tələb olunur AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 19 yanvar, AZƏRTAC
Liviyada sutkalıq neft hasilatının 1,6 milyon barelə çatdırılması üçün 4 milyard dollar sərmayəyə ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bunu “Reuters”ə müsahibəsində ölkənin neft naziri vəzifəsini icra edən Xəlifə Əbdülsadiq bildirib. O qeyd edib ki, hökumət yeni istismar lisenziyalarının verilməsi üçün yanvarın sonunadək tender elan edəcək.
Xəlifə Əbdülsadiq qeyd edib ki, ölkənin gəlirlərinin 95 faizi neftdən asılıdır. Buna görə də, hökumət sutkalıq hasilatın 2 milyon barelə çatdırılmasına çalışır. Şənbə günü hasilat 1,4 milyon bareli ötüb. Ölkədə 2011-ci ilədək sutkalıq hasilat 1,6 milyon barel səviyyəsində olub.
Son məlumata görə Liviya ərazisinin 70 faizində, o cümlədən ərazi sularının 65 faizində neft yataqları işlənməyib. Sərmayə tapılmasa, hazırki hasilat səviyyəsini də saxlamaq mümkün olmayacaq.
Baxış sayı:134
Bu xəbər 19 Yanvar 2025 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















