Icma.az
close
up
RU
Liviyada nə baş verir?

Liviyada nə baş verir?

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Afrika qitəsində geostrateji və geosiyasi cəhətdən xüsusi əhəmiyyətə malik, xüsusilə də neft-qaz ehtiyatları ilə zəngin olan Liviya yenidən beynəlxalq medianın gündəm mövzusuna çevrilib. Liviyada vəziyyət yenidən gərginləşib. Ölkədə yeni münaqişə ocağının yaranacağı ehtimal olunur. Belə ki, “Libya Press” agentliyinin məlumatına görə, mayın 13-14 -də Liviyanın paytaxtı Tripolidə şiddətli silahlı toqquşmalar baş verib. Qarşıdurmalar nəticəsində ən azı 6 nəfər həyatını itirib və 70 nəfər yaralanıb. Birləşmiş Millətlər Təşkilatı tərəfindən beynəlxalq səviyyədə  tanınan Tripolidəki Milli Birlik Hökumətinin Daxili İşlər Nazirliyi yerli əhalini öz evlərində qalmağa çağırıb.  Tripolidə sabitliyi bərpa etmək üçün şəhərin bütün ərazilərinə qoşun yerdilib. Artıq daxili qoşunların şəhərdə sabitliyi və təhlükəsizliyi bərqərar etdiyi iddia olunur. Qeyd edək ki, toqquşmalar Liviya Prezident Şurasına tabe olan Sabitliyə Dəstək Qüvvələrinin rəhbəri Abdelqani əl-Kiklinin öldürülməsindən sonra başlayıb. Əl-Kiklinin öldürülməsindən dərhal sonra ona tabe olan Misrata Briqadası hökumətin təhlükəsizlik qüvvələrinin obyektlərinə hücumlar həyata keçirib. Hazırda atəşkəsin təmin olunmasına baxmayaraq, növbəti qarşıdurmanın baş verməməsi üçün hər iki tərəf arasında danışıqlar aparılır.  Liviyalı jurnalist Mustafa Fetouri “Russia Today”ə şərhində bildirib ki, son hadisədən sonra Tripolidə vəziyyətin sabitləşməsi qeyri-mümkün görünür və proseslər daha ağır silahlı toqquşmalara gətirib çıxara bilər.

Ölkə növbəti vətəndaş müharibəsi astanasında

Məsələ ilə bağlı politoloq Tural İsmayilov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Liviya  qeyri-sabit və mərkəzi hakimiyyət böhranı yaşayan bir ölkədir. “Tripolidə baş verən son hadisələr bu böhranın hələ də tam həll olunmadığını göstərir. Abdelqani əl-Kiklinin öldürülməsi yalnız bir şəxsin həyatı ilə bağlı məsələ deyil, o, ciddi güc simvolu və Prezident Şurasının əsas dayaq nöqtələrindən biri idi. Onun öldürülməsi hərbi-siyasi balansın pozulmasına səbəb olub. Bu balanssızlıq isə yeni qarşıdurmalara zəmin yarada bilər. Əl-Kiklinin rəhbərlik etdiyi Sabitliyə Dəstək Qüvvələri Tripolinin təhlükəsizliyində əsas rol oynayırdı. Bu qüvvələrin rəhbərsiz qalması və ya yeni rəhbər ətrafında konsolidasiyanın baş tutmaması şəhərin daxilində hakimiyyət boşluğu yarada bilər”. Ekspertin sözlərinə görə, hazırkı durumda bir neçə güc mərkəzinin bu boşluğu doldurmaq üçün təşəbbüs göstərməsi real görünür. “Liviyanın siyasi xəritəsi əsasən bölgə və qəbilə maraqları əsasında parçalanıb. Tripolidə baş verənlər də bu parçalanmanın tipik nəticəsidir. Toqquşmaların qısa müddətdə dayanacağı ehtimal edilsə də, uzunmüddətli perspektivdə genişmiqyaslı qarşıdurmalar istisna deyil. Çünki Tripoli təkcə paytaxt deyil, həm də beynəlxalq tanınan idarəetmə mərkəzidir”. T.İsmayilov, həmçinin vurğulayıb ki, hər hansı bir güc qrupu bu şəhəri ələ keçirmək və ya orada üstünlük qazanmaqla beynəlxalq legitimlik iddiası qazanmağa çalışa bilər. “Bu isə BMT və digər beynəlxalq oyunçular üçün ciddi başağrısı olacaq. Eyni zamanda Liviyada indiyədək bir çox xarici güc aktoru - o cümlədən Türkiyə, Rusiya, BƏƏ və Misir yerli qüvvələr üzərindən öz təsir dairəsini qurmağa çalışıb. Bu aktorlar arasındakı maraq savaşının yenidən qızışması mümkündür. Əl-Kiklinin öldürülməsi bu güclərə fürsət kimi görünə bilər. Xüsusilə, Misir və BƏƏ-nin Qərbi Liviyada artan təsir imkanlarını dəyərləndirməyə çalışacağı gözləniləndir”.

Avropa yeni miqrasiya təhlükəsi qarşısında

“Eyni zamanda, təhlükəsizliyin zəifliyi miqrasiya axınlarına da gətirib çıxara bilər. Tripoli hazırda Afrika və Yaxın Şərqdən Avropaya keçid nöqtələrindən biridir. Nəzarətin zəifləməsi insan qaçaqmalçılığı və qeyri-qanuni miqrasiyanı artıracaq. Bu isə Aİ-nin də diqqətini bir daha Liviyaya yönəldə bilər,”- deyə T.İsmayilov bildirib.

Ya sabitlik, ya da qarşıdurma

Ekspert əlavə edib ki, Liviyanın daxili sabitliyi yalnız lokal faktorlarla deyil, regional və beynəlxalq balanslarla müəyyən edilir. “Sülh prosesinin zəifləməsi və etimadsızlıq mühiti yenidən güclənə bilər. Siyasi dialoq üçün şərait daralır. Bu səbəbdən, yaxın həftələrdə Tripolidə hazırkı vəziyyət ya təhlükəli hala çevriləcək, ya da nizamlanması istiqamətində addımlar atılacaq. Dövlət strukturlarının zəifliyi, təhlükəsizlik aparatlarının şəxslərə bağlılığı Liviyanı yenidən xaos riski ilə qarşı-qarşıya qoyur. BMT-nin səssizliyi isə bu xaosun beynəlmiləlləşməsinin qarşısını ala bilməz.  Xüsusi bir məqamı da qeyd edim ki, Liviya yalnız bir ölkə deyil, eyni zamanda, böyük regional strateji qovşaqdır. Bu qovşağın sabitliyi pozularsa, Yaxın Şərq və Aralıq dənizi bölgəsində təhlükəli hallar baş verəcək.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 May 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see237

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see229

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see216

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see208

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see196

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see186

ATƏT PA da Azərbaycan Belarusa dəstəyini ifadə edib

04 İyul 2026 19:06see174

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see170

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see170

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? VİDEO

04 İyul 2026 22:49see169

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see165

Antonelli qalib oldu

05 İyul 2026 00:59see161

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see161

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see160

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see158

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see158

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see153

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see152

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see152

Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər

05 İyul 2026 01:37see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri