Lixtenşteyn Knyazlığının Baş naziri Azərbaycanda səfərdədir
Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gəlib.
"Operativ Media" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Lixtenşteyn Knyazlığının Baş naziri Azərbaycanda səfərdədir
11 Noyabr 2024 11:03

