Icma.az
close
up
RU
Lixtenşteynin əks hücum etmək şansı yüksək olacaq Aslan Kərimov

Lixtenşteynin əks hücum etmək şansı yüksək olacaq Aslan Kərimov

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan millisi növbəti oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.

Yığmamızın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb  Lixtenşteynlə matçdan gözləntilərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyundan öncə də qeyd etmişdim ki, rəqibimiz ən azından bizim səviyyədədir və eyni potensiala malik iki komanda qarşılaşır. İlk görüş də onu göstərdi ki, hər iki komanda zaman-zaman oyunun müəyyən hissələrində üstünlük əldə edə bilirdi. İlk hissəni ümumilikdə götürsək, litvalıların aktivinə yazmaq olar. Həm ilk 15 dəqiqəyə yaxşı başladılar, həm də oyunçularımızda olan məsuliyyət və təzyiq bir qədər onların konsentrasiyasına təsir etmişdi. Nəticədə, durduğumuz yerdə tez-tez top itkilərinə yol verdik və son həddə bu penaltiyə səbəb oldu. Yaxşı tərəf o idi ki, hissənin sonuna yaxın artıq toparlanmağı bacardıq. Yavaş-yavaş meydanın mərkəzini ələ keçirməyə çalışırdıq və əslində qol da vurduq. Amma yenə də deyirəm, oyun elə gedirdi ki, bəlli intervallarda rəqibimiz üstünlük təşkil edirdi; meydanın mərkəzində kombinasiyalı şəkildə, cinahlardan hücumlar qururdular. Matçın müəyyən bir hissəsində isə biz presinq edirdik, onların oynamasına imkan vermirdik və daha çox uzun ötürmələrlə oynamağa məcbur edirdik. Beləliklə, üstünlük tərəzisi gah o tərəfə, gah da bu tərəfə əyilirdi. Amma ikinci hissənin böyük faizini daha yaxşı oynadıq və effektiv hücumlarımız alındı. Xüsusən Abdullazadə meydana girəndən sonra onun driblinqindən istifadə edib qol imkanı yaratdıq. Lakin bu imkanları reallaşdırmaq baxımından əziyyət çəkirik. Belə oyunlarda bu cür situasiyaları qola çevirməyə məcburuq. Yaratmadığımız halda isə nəticə etibarilə bir penalti ilə bərabərə qaldıq. Ümumi götürsək, rəqib meydançasında qazandığımız bir xaldan sonra əminəm ki, cavab oyununda Litva ilə artıq evdə qarşılaşacağıq onları məğlub edə bilərik. Azarkeşlər də bizə dəstək olar. Digər tərəfdən, rəqibin Azərbaycana gəlməli olmaları yorğunluq fonunda oyunçulara istər-istəməz təsir göstərəcək. Təbii ki, qeyd etdiyim təyyarə ilə 2-3 saata bura gəlib çıxmaqları xırda detaldır və böyük təsiri yoxdur, amma bütün bunlar cavab oyununda vacib olacaq. Məncə, rəqibdən üç xal almağı bacaracağıq. İstər səfərdə, istərsə də evdə oynayaq, Lixtenşteynlə matçda artıq üç xal qazanmalıyıq. Bunun üçün bütün potensialımız var. Mənim qorxum o idi ki, Litva ilə matçda məğlub olsaydıq, Lixtenşteynlə görüşə köklənmək baxımından problemlər yaşaya bilərdik və bizə çətin olardı. Lakin ən azından məğlub olmamışıq. Mənə elə gəlir ki, oyunun ikinci hissəsində litvalıları üstələdik. Fiziki baxımdan onlarda artıq yorğunluq görünürdü və demək olar ki, topu hara gəldi vururdular. Bu nəticə futbolçularımızda bir qədər də inam yarada bilər ki, bu turnirin qalibi ola, qrupda birinci yeri tuta bilərik. Lixtenşteynlə matçda evdə oynayacağıq, dominant və topa daha çox sahib olmalıyıq. Lakin onların da əks-hücum etmək şansları yüksək olacaq. Bunlara hazır olmalıyıq. Məncə, Ayxan Abbasov da artıq lazımi tədbirləri görüb. Əminəm ki, Lixtenşteynə qol və ya qollar vuracağıq".

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://fanat.az
archiveBu xəbər 30 Sentyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri