Icma.az
close
up
RU
Aslan Kərimov: “Qarabağ” əsas heyətlə oynasa, Neftçi”nin şansı azalacaq” MÜSAHİBƏ

Aslan Kərimov: “Qarabağ” əsas heyətlə oynasa, Neftçi”nin şansı azalacaq” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın və “Neftçi”nin sabiq futbolçusu Aslan Kərimovun İdman.biz-ə müsahibəsi

- Sabah Misli Premyer Liqasının XXXI turu çərçivəsində “Qarabağ” - “Neftçi” qarşılaşacaq. Hər iki komandanın formasını geyinən bir futbolçu kimi Azərbaycan derbisindən gözləntiniz nədir?

- Bəzi oyunlar var ki, hər zaman gərginliyi ilə seçilir. “Qarabağ” – “Neftçi” dueli də onlardan biridir. Yaxın tarixə baxsaq, “Qarabağ”ın hegemonluq etdiyi bir vaxtda yalnız “Neftçi” çempionluğu onların əlindən almağı bacarmışdı. Təsadüfi deyil ki, məhz Samir Abasovun rəhbərliyi altında “Neftçi” “Qarabağ”a qalib gəlmişdi. Bu da ondan xəbər verir ki, bu komandalar arasında hər zaman gərgin mübarizə gedib. Hazırda çempionatda hər iki komandanın tutduğu mövqe, qarşıya qoyduqları məqsədlər çox fərqlidir. “Neftçi”nin indiki vəziyyəti xeyli çətindir. Çünki artıq Avropaya gedən yol yalnız kubokdan keçir. Çempionat oyunları ilə bu məqsədə nail olmaq mümkün deyil. Üstəlik, hər iki klub kubok matçı oynayacaq və hər ikisi bir top fərqi ilə məğlub olublar. Amma yenə də müqayisə etsək, “Qarabağ”ın potensialı “Neftçi”yə nəzərən daha yüksəkdir. Burada oyunçuların təcrübəsini, maliyyə durumu və digər məqamlara baxsaq, “Qarabağ” hər komponentdə “Neftçi”ni üstələyir.

- Sizcə, kubokda gedən gərgin mübarizə fonunda hər iki komanda bu matça tam heyəti çıxaracaq?

- Əvvəllər olsaydı, “Qarabağ” üçün o qədər də fərq etməzdi, bu oyuna da tam heyətlə çıxardı. Ancaq Azərbaycan çempionunun “Araz Naxçıvan”la kubok oyunu daha gərgin keçəcək. Alınan qırmızı vərəqələr, oyundan sonra futbolçulara verilən cəzalar, baş məşqçinin planşeti göyə uçurduğu görüntülər bunu deməyə əsas verir. Nə qədər də desələr ki, sakitik, bu oyunlar bizdə gərginlik yaratmır, görünən mənzərə başqa şey deyir. O bir topun əvəzini çıxıb “Araz-Naxçıvan”ı geridə qoymaq baxımından məşqçinin bütün futbolçulara nə qədər oynamaq imkanı verəcəyi məndə sual doğurur. İstənilən halda, bir neçə gün sonra kubok oyunu var. Təbii ki, hamısına istirahət verəsi deyil, ancaq futbolçuların tonusda qalması baxımından oynamaları vacibdir. “Araz-Naxçıvan”la qarşılaşmaya çıxacaq heyətin futbolçularını “Neftçi” ilə oynamaq məcburiyyətindədir. Zubir, Andrade, Yankoviç, Medina, Benzia meydandadırsa, “Qarabağ”ı məğlub edəcək komanda Azərbaycan çempionatında yoxdur. Zaman-zaman Ağdam təmsilçisi rotasiyalar edir ki, bu da onları zəif göstərir. Məsələn, Addai, İsayev kimi oyunçuların meydanda olduğu qarşılaşmalarda komandanın uduzduğunu, yaxud da zəif çıxış etdiyini çox görmüşük. Ancaq bütün heyətlə oynadıqları zaman rəqiblərə çox çətin olur. Fikrimcə, başdan-sona kimi əsas oyunçuları meydanda görməyəcəyik.

- “Neftçi” üçün kubokun önəmini nəzərə alsaq, eyni şey onlar üçün də keçərli ola bilər?

- “Qarabağ” “Neftçi”yə qarşı əsas heyətlə oynasa, “ağ-qaralar”ın şansı azalacaq. “Qarabağ”ın adı istənilən rəqib üçün özlüyündə motivasiyadır. Lakin məşqçi heyəti də başa düşür ki, “Sabah”la kubok oyunu həddindən artıq vacibdir. Bu qarşılaşmanı düşünüb 100 faizli oynamaqları sual altındadır. Düzdür, məşqçi oyunçulara meydana çıxanda bu matçda 90 faiz oynayın, deyəsi deyil. Ancaq ən yüksək səviyyədə futbol oynamış biri kimi başa düşürəm ki, istər-istəməz oyunçular da özlərini ən vacib matça kökləməyə çalışırlar. Bu tipli oyunlarda isə zədə almaqdan çəkinirlər. Belə olan halda da futbolçu yüz faizli oynaya bilmir.

- Belə çıxır ki, bizi bir o qədər də gərgin matç gözləmir.

- Bəlkə də hər iki tərəfdə oyun şansı az əldə edən futbolçular canla-başla mübarizə aparacaqlar. Ancaq fikrimcə, bu matç o qədər də gərgin olmayacaq. Əsas gərgin oyunlar dörd-beş gün sonra başlayacaq kubok oyunlarıdır. Həmin qarşılaşmaları ölüm-dirim oyunları adlandırmaq olar.

Aytac Sahəd
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Aprel 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri