Icma.az
close
up
RU
Lobbiçilik yalnız bu halda güclü ola bilər ŞƏRH KONKRET

Lobbiçilik yalnız bu halda güclü ola bilər ŞƏRH KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri diaspor və lobbi təşkilatlarının rolunu daha da artırıb. Hər hansı bir dövlətin gücü, qüdrəti onun xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti, həmçinin, millətinin həmrəyliyi ilə müəyyən edilir. Millətin dövlətin bir amal ətrafında birləşməsi və diaspor quruculuğu sahəsində ümummilli lider Heydər Əliyev əvəzolunmaz işlər görmüşdür. Ulu öndərin gördüyü işlər sayəsində dünyada olan bütün azərbaycanlıların birliyi, həmrəyliyi təmin olundu. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Hazırda diasporla iş sahəsində dövlət siyasəti yeni mərhələdə həyata keçirilir.

Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirən dövlət başçısı İlham Əliyev diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, eləcə də KİV-ləri ilə əlaqələrin qurulması yönündə böyük işlər görülüb.

Pərvanə şama məftun olan kimi qürbətdə yaşayanlar da Vətənə məftun olur. On illər Vətənlə aralarına çəpər çəksə də, vüsal atlı, onlar piyada olsalar da, günlərin birində həsrət dağlarını yarıb ana yurda qovuşa bildilər. Tarixən Azərbaycan türkləri Vətəndən qürbətə köç edib, talelərini qürbətə bağlayıb. Bəziləri qəribliyi könüllü seçib, bəziləri məcburiyyət qarşısında qalaraq yad ölkədə yaşayıb. Hər kəsin bir taleyi var və heç kəs Allahın yazdığı qismətdən qaça bilməz.

Taleyinə qəriblik, Vətəndən, ana qucağından kənarda yaşamaq yazılan soydaşlarımızın Azərbaycan sevgisi tükənməzdir. Dünyanın müxtəlif qitə və materiklərində yaşayan azərbaycanlılar dünyada Azərbaycanın eşidilən və duyulan səsi deməkdir. Əlbəttə, atalarımız düz deyib, tək əldən səs çıxmaz. Dünya azərbaycanlıları bir ağızda eyni səslə danışmalıdır ki, Azərbaycanın haqq səsinə səs verənlər çox olsun. Hər bir azərbaycanlı Vətənin təmsilçisi olmalıdır. Azərbaycanı o səviyyədə təmsil etməlidir ki, bu, xalqımızın, dövlətimizin başının ucalmasına səbəb olsun. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi ilə bağlıdır mövzu. İllərdən bəridir ki, bu məsələ çözülür və bu barədə onlarla məqalə, araşdırma mövcuddur.

Azərbaycandan kənarda yaşamaq, fəaliyyət göstərmək çox çətin, çətin olduğu qədər də məsuliyyətlidir. Azərbaycanlı adı daşıyan, damarlarında ulu babalarımızın isti qanı axan hər bir soydaşımız çiyninə götürdüyü yükün məsuliyyətini və necə şərəfli olduğunu dərk etməlidir. Özünü tanımalıdır ki, özünün olanlara sahiblənə bilsin. Xaricdə azərbaycanlıların diaspor tarixi elə də çox olmasa da, qısa zaman ərzində böyük bir təşkilatlanma yolu keçməyə müvəffəq olublar. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi bir-biri ilə üzvü surətdə bağlı olan, qırılmaz vəhdət təşkil edən əsas məsələdir. Hər üç məfhumu bir-birindən ayrılıqda təsəvvür etmək mümkünsüzdür. Bilirik ki, həm keçmiş SSRİ məkanına daxil olan respublikalarda, həm Avropada, həm Amerikada, həm də digər ölkələrdə çox güclü Azərbaycan disapor qurumları fəaliyyət göstərir. Bu gün Azərbaycan tamam başqa bir Azərbaycan olduğu üçün onun canından qopan övladlarının da qəribəçilik fəaliyyəti tamam yeni bir istiqamətdə qurulub. Müasir Azərbaycan uğurla addımlayan, öndə olan bir dövlətdir.

Dünya azərbaycanlılarının Vətəni olan Azərbaycan qürurla addımlayan, sürətli yüksəliş yolu keçən və təbii sərvətlərlə bol bir ölkədir. Müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında həmrəylik çox güclüdür və onlar Azərbaycan dövlətinin maraqlarına xidmət edir. Azərbaycanlıların xarici ölkələrdə yaşaması və burada çox ciddi şəkildə lobbiçilik fəaliyyəti ilə məşğul olması artıq dünya azərbaycanlılarının bir məqsədə-Vətən naminə həmrəy olduqlarına dəlalət edir.

Stavropol diyarında fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi “Odlar Yurdu” təşkilatının prezidenti Fəxrəddin Sərraf oğlu Yarıyev dünya azərbaycanlılarının diaspor fəaliyyətləri ilə bağlı KONKRET.az-a fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu gün bütün ölkələrdə diaspor qurumları fəaliyyət göstərir və hər bir millət xaricdə bir araya gələrək diaspor kimi təşkilatlanır:

“Bu gün dünyanın hər yerində yaşayan azərbaycanlıların diaspor təşkilatçılığı yaranıb və həmin qurumlarda soydaşlarımız cəmləşib, fəal iştirak edirlər. Demək olar ki, Rusiya Federasiyasının 86 regionunda Azərbaycan diaspor nümayəndəlikləri mövcuddur. Hər bir regionda azərbaycanlıların birliyi diaspora adlanır.”

Fəxrəddin Yarıyev bildirib ki, Rusiyada azərbaycanlıların diaspor fəaliyyəti ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə formalaşıb və bu prosesin əsası o dövrdə qoyulub.

O, həmçinin lobbiçilik məsələsinə də toxunaraq qeyd edib ki, burada əsas şərt birliyin təmin edilməsidir:

“Əgər bu gün diaspor təşkilatlarımız bir araya gələ bilmirsə, lobbiçilikdən danışmaq mümkün deyil. Lobbiçilik böyük bir fəaliyyət sahəsidir və o, yalnız bir yumruq kimi birləşəndə güclü ola bilər.”

Aynurə İsmayıl,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Avqust 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri