Icma.az
close
up
RU
Netabyahu Rusiyaya lobbiçilik edir

Netabyahu Rusiyaya lobbiçilik edir

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


NATO-nun Ankarada keçirilən zirvə görüşündə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları Ukrayna ilə bağlı vahid mövqedən çıxış etdilər. Hətta ABŞ Prezidenti Donald Tramp Ukraynada "Patriot" hava hücumundan müdafiə raket sistemlərinin istehsalı üçün lisenziya veriləcəyini qeyd etdi. O, eyni zamanda Ukraynaya yeni raketlərin veriləcəyini və Rusiyaya qarşı sərt sanksiyaların tətbiq olunacağını da vurğuladı.
Lakin sonrakı proseslər fərqli mənzərə ortaya qoydu. ABŞ Konqresində Rusiyaya qarşı sərt sanksiyalar nəzərdə tutan qətnamənin qəbuluna Donald Tramp mane oldu və bildirdi ki, həmin sənəddə İranla bağlı müddəalar da yer almalıdır. Bununla da Rusiyaya qarşı sərt qətnamənin qəbuluna imkan verilmədi.
Zelenskinin ABŞ səfərindən sonra Donald Tramp bir daha bəyan etdi ki, Ukraynaya yeni silahlar veriləcək. Ancaq diqqət yetirsək, Benyamin Netanyahunun ötən həftə ABŞ səfərindən sonra Konqresdə Rusiyaya qarşı sərt sanksiyalar məsələsində vəziyyət dəyişdi. Həmçinin Donald Tramp "Patriot" raket sistemlərinin Ukraynada istehsalı üçün lisenziya verilməyəcəyini elan etdi.
Bu onu göstərir ki, Benyamin Netanyahunun bu məsələdə müəyyən təsiri olub. Burada yəhudi lobbisinin də rolu ola bilər. Hətta Benyamin Netanyahunun Putin ətrafında olan şəxslərə qarşı sanksiyaların qarşısının alınmasında rolu olub. Bu baxımdan, Rusiyanın yəhudi lobbisi ilə sıx işlədiyi və Benyamin Netanyahu vasitəsilə Ukraynada "Patriot" sistemlərinin istehsalına dair lisenziyanın verilməsinin, eləcə də Konqresdə Rusiyaya qarşı sərt qətnamənin qəbulunun qarşısını alması istisna deyil.
Bundan əlavə, ABŞ dövlət katibi Mark Rubio bəyan edib ki, Vaşinqton Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu oynaya bilər. Bu vasitəçilik isə Rusiyanın maraqlarına uyğun bir prosesdir.
Bu onu göstərir ki, Rusiya yəhudi lobbisinin təsiri vasitəsilə özünə qarşı sərt sanksiyaların Konqresdən keçməsinin qarşısını almağa, Ukraynada "Patriot" sistemlərinin istehsalına dair lisenziyanın verilməsini əngəlləməyə, həmçinin ABŞ ilə Avropa arasında Ukrayna məsələsində formalaşmış vahid mövqedə müəyyən fikir ayrılıqları yaradır. Bu isə, Moskvanın Ukrayna ilə bağlı siyasi maraqlarına uyğundur.
Məhəmməd Əsədullazadə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Avqust 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see299

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see266

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see247

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see246

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see244

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see233

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see216

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see213

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see211

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see211

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see211

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see210

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see210

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see200

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see199

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see198

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see196

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see192

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see188

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri