Lökbatanda yanan Kontakt Home un anbarı olub FOTO
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yanğın "Kontakt Home"un anbarında baş verib.
Ölkə.az xəbər verir ki, bu barədə şirkətin sosial media hesablarında məlumat paylaşılıb.
"Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib. Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır. Mövcud vəziyyətlə əlaqədar bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Vəziyyətlə bağlı yeni məlumatlar paylaşılacaq. Səbirinizə və etimadınıza görə minnətdarıq", - məlumatda vurğulanıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 12 May 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















