Lökbatanda yük maşını reklam dirəyinə çırpıldı VİDEO
Adelet.az saytına istinadən Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Adalet.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MAN” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarında quraşdırılan reklam dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, 1985-ci il təvəllüdlü Səmədov Əlibaba Sülhiddin oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 Dekabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















