Icma.az
close
up
RU
“Londan buna görə silah embarqosunu ləğv etməyə qərar verib”

“Londan buna görə silah embarqosunu ləğv etməyə qərar verib”

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

“Böyük Britaniya Azərbaycan və Ermənistana qarşı silah embarqosunu tamamilə ləğv edib. Bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautin bildirib. Stiven Dauti avqust ayında Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə görüşmüşdü. Böyük Britanıya Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı Ermənistanla da yaxşı münasibətləri var”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O ona görə də London Azərbaycanla yanaşı Ermənistana qarşı da silah embarqosunu ləğv etməyə qərar verdiyini bildirib:

“Qərb ölkələrinin uzun illər Azərbaycan və Ermənistana silah satışı qadağası olub. Qərb ölkələri, o cümlədən London ümid edirdi ki, danışıqlar nəticəsində Azərbaycanla Ermənistan arasında sülh əldə ediləcək. Ancaq Azərbaycan münaqişənin həlliylə məşğul olan Minsk Qrupunun fəaliyyətindən narazı idi. Azərbaycanın sülh üçün əsas şərti olan ərazi bütövlüyü təmin edilmirdi. Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq istəmirdi. Bu səbəbdən Azərbaycan öz ordusunu gücləndirdi və tərəfdaş dövlətlərdən aldığı silah və hərbi texnika vasitəsilə 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi”. 

Politoloq deyib ki, bundan sonra Azərbaycana qarşı silah embarqosunun tətbiqinin mənası yox idi:

“Ermənistan Fransa, Rusiya və Hindistandan, Azərbaycan isə Türkiyə və İsraildən silah və hərbi texnika alırdı. Azərbaycan və Ermənistan müharibədən sonra da hərbi texnika alışına milyardlarla dollar pul xərcləyirlər. Bu səbəbdən Avropa ölkələrinin hərbi texnika istehsal edən müəssisələrinə qazanc əldə etmək məqsədilə Azərbaycana və Ermənistana silah satmaq icazəsi verildi. Böyük Britaniya bu prosesdə geri qalmaq istəmir. Böyük Britaniyanın Azərbaycana və Ermənistan hərbi texnika satışının başqa səbəbi də var. Böyük Britaniya Azərbaycanın və Ermənistanın Rusiyadan hərbi texnika almasını istəmir. Çünki, bu halda Azərbaycanın və Ermənistanın Rusiyadan asılılığı arta bilər. Digət tərəfdən Qərb ölkələrinin, o cümlədən Böyük Britaniyanın hərbi texnikası Azərbaycana və Ermənistana Rusiyanın mümkün təhdidindən qorunmağa imkan verəcək. Ukraynanın Rusiyanın ona qarşı işğalçı müharibəyə başlamadan əvvəl müxtəlif çeşidli Qərb istehsalı olan hərbi texnikası və raket sistemləri olsaydı, Kreml qonşu ölkəyə qarşı müharibəyə başlamaqda risk etməzdi”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://adalet.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri