Icma.az
close
up
RU
London Avropanın bəzi liderlərini susmağa və Trampı qəzəbləndirməməyə çağırıb

London Avropanın bəzi liderlərini susmağa və Trampı qəzəbləndirməməyə çağırıb

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniya Avropanın bəzi siyasətçilərinin ABŞ Prezidenti Donald Trampı açıq şəkildə tənqid etməsinin yaxınlaşan Tramp-Putin danışıqları fonunda mənfi nəticələrə gətirib çıxara biləcəyindən ehtiyat edir. London Avropa İttifaqının bir sıra liderlərindən, yumşaq desək, "ağızlarını yummağı" və ABŞ prezidentini qəzəbləndirməməyi xahiş edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" mənbələrə istinadla məlumat verib.

Bildirilir ki, London Tramp və Putin görüşü ilə bağlı səsləndirilən "faydasız şərhləri" kəskin tənqid edib.

Londonda, xüsusilə Fransa prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Aİ-nin ali nümayəndəsi Kaya Kallasın "anti-Tramp" xəttinin Vaşinqtonun Avropanı tamamilə nəzərdən kənarda qoymasına səbəb ola biləcəyindən narahatdırlar. Bu halda Tramp Ukrayna məsələsində Avropanın mövqeyini, ümumiyyətlə, nəzərə almaya və onu danışıqlardan uzaqlaşdıra bilər.

"Əgər avropalılar tələb irəli sürməyə və "qırmızı xətlər" müəyyən etməyə başlasalar, onların bir çox addımları Trampı qıcıqlandıra bilər", - deyə britaniyalı rəsmilərdən biri bildirib.

Qeyd edilir ki, Böyük Britaniya da Tramp-Putin danışıqlarında iştirak etmək istəyir, lakin bunu səssiz və özünəməxsus şəkildə, pərdəarxası diplomatik kanallarla həyata keçirir. Qeyd olunur ki, Baş nazir Kir Starmer indiyədək Tramp və onun Putinlə görüşü barədə heç bir açıq bəyanat verməyib.

Ən sərt mövqeni isə Almaniya Kansleri Fridrix Merts sərgiləyib. O bu çərşənbə - avqustun 13-də Tramp ilə görüşdə şəxsən ona Rusiya ilə bağlı "qırmızı xətlər" göstərəcəyini bəyan edib. Mers vurğulayıb ki, danışıqların yeganə qənaətbəxş nəticəsi Avropa üçün Rusiyanın məğlubiyyəti olacaq.

Xatırladaq ki, Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcəklər. Görüş zamanı dövlət başçıları Ukrayna böhranının uzunmüddətli həllinə diqqət yetirəcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Avqust 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri