Avropanın hansı planı Trampı özündən çıxardı?
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Əgər Kanada Avropa İttifaqının (Aİ) assosiativ üzvü olarsa, Birləşmiş Ştatlar Avropa dövlətləri ilə ticari əlaqələri kəsə bilər.
Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib. Tramp qeyd edib ki, Kanadanın Aİ-yə assosiativ üzvlüyünü düşmənçilik addımı kimi qəbul edə və Avropa ölkələrinə yüksək gömrük rüsumları tətbiq etməklə bir çox istiqamətlər üzrə ticarəti dayandıra bilər. Eyni zamanda, Ağ Evin rəhbəri əlavə edib ki, əgər Aİ bu addımı xoş niyyətlə atarsa, heç bir qorxulu hal yaşanmayacaq.
Xatırladaq ki, sentyabrın 16-da Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanadanın Aİ-nin ilk assosiativ üzvü olmaq ehtimalını irəli sürüb. O bildirib ki, Ottava və Brüssel mövcud əhatəli iqtisadi və ticarət müqaviləsindən daha üstün əməkdaşlıq səviyyəsinə qədəm qoyacaqlar.
Elə həmin tarixdə Kanadanın Aİ-dəki diplomatik nümayəndəsi Conatan Uilkinson Ottavanın fon der Lyayen tərəfindən irəli sürülən assosiativ üzvlük təklifinə təmkinlə yanaşdığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 17 Sentyabr 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















