Icma.az
close
up
RU
London görüşü niyə baş tutmayıb?

London görüşü niyə baş tutmayıb?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması prosesi dalana dirənib. Belə demək mümkünsə, Qərb KİV-lərinin, eləcə də Qərb siyasi analitik institutlarının Rusiya ilə Ukrayna arasında yaxın zamanda atəşkəsin elan olunacağı ilə bağlı proqnozları özünü doğrultmayıb. Tramp administrasiyası, Kreml və Zelenski hakimiyyətinin son davranışları Rusiya-Ukrayna müharibəsinin hələ bir müddət də davam edəcəyini deməyə əsas verir. Qeyd edəkl ki, aprelin 23-də Londonda Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri arasında planlaşdırılan görüş baş tutmayıb. “Sky News” telekanalının məlumatına görə, ABŞ Dövlət katibi Marko Rubio Londona səfərdən imtina etdikdən sonra nazirlər görüşü təxirə salıb. Telekanal, həmçinin qeyd edib ki, Ukrayna XİN rəhbəri Andrey Sibiqa Londondadır və onun britaniyalı həmkarı Devid Lemmi ilə görüşü gözlənilir.

Görüşün baş tutmamasının səbəbi...

Qərb KİV-lərində London görüşü ilə bağlı yayımlanan məlumatlar xüsusi diqqət çəkir. Belə ki, bir neçə gün öncə “Washington Post” qəzetində dərc olunan məqalədə qeyd olunurdu ki, ABŞ Ukraynanı Krımın Rusiya ərazisi kimi tanımasına təkid edir - əgər Londonda görüş baş tutsa idi, Rubio mümkün sülh sazişinin bir hissəsi kimi bunu Ukraynadan tələb edəcəkdi. Britaniyanın “Independent” qəzeti də eyni fikirləri səsləndirib. Qəzet yazır ki, Vaşinqton Kiyevdən Rusiyanın Krım üzərində nəzarətini qəbul etməsi, Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi və Rusiya ilə dialoqu bərpa etməsini tələb edir. Zelenskinin isə buna münasibəti birmənalı olmayıb - görüşdən əvvəl o, jurnalistlərə açıqlamasında bəyan edib ki, Ukrayna heç bir zaman Krımı Rusiyanın ərazisi kimi tanımayacaq: “Tanınılası heç nə yoxdur - bu, bizim Konstitusiyamıza ziddir. Bu, bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir. Bu, heç vaxt baş tutmayacaq”, - deyə Zelenski bildirib. Eyni zamanda, Zelenski vurğulayıb ki, Ukrayna rəsmiləri Tramp administrasiyasının nümayəndələri ilə 30 günlük atəşkəs rejimini müzakirə etmək niyyətindədir. Onun sözlərinə görə, atəşkəsdən sonra Ukrayna Rusiya ilə istənilən formatda danışıqlar masası arxasına əyləşməyə hazırdır: “Biz atəşkəsdən sonra istənilən formatda danışıqlar masasına oturmağa hazırıq ki, dalana dirənməsin”, - deyə Ukrayna lideri əlavə edib. Məhz Zelenskinin bu bəyanatından sonra Rubio Londona nəzərdə tutulan səfərini ləğv edib.

Vaşinqtonun sülh planında nələr əks olunub?

Britaniyanın “Daily Telegraph” agentliyi qeyd edir ki, ABŞ Ukrayna münaqişəsinin nizamlanmasına dair yeddi maddədən ibarət plan hazırlayıb. Agentliyin məlumatına görə, planın birinci və ikinci bəndlərində dərhal atəşkəsin elan olunması və Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların başlanması, üçüncü və dördüncü bəndlərdə Ukraynanın NATO-ya üzvlük iddiasından imtina etməsi və Rusiyanın Krım üzərində hüququnun tanınması, beşinci bənddə isə Rusiya tərəfindən nəzarətə götürülmüş ərazilərin de-fakto olaraq Rusiya ərazisi kimi tanınması nəzərdə tutulur. Altıncı bəndə Ukraynanın ABŞ-la faydalı qazıntılara dair sazişin imzalanması ehtiva olunur, yeddinci bəndə gəlincə, bu bənddə  Moskva ilə Vaşinqton arasında yeni münasibətlərin qurulması imkanları, xüsusilə də Vaşinqtonun Rusiyaya qarşı bütün sanksiyalarının ləğvi və enerji sektorunda iki ölkə arasında əməkdaşlığın bərpası ilə bağlı məsələlər öz əksini tapıb. Bütün bunlarla yanaşı, Vaşinqton bu plan çərçivəsində hazırda Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının ABŞ-ın nəzarətinə keçməsində israrlıdır.

Vaşinqton nəyə görə Ukraynaya təzyiqlər edir?

Bir çox siyasi ekspertlər hesab edirlər ki, Ağ Evin Ukraynaya təzyiqlər etməsinin başlıca səbəbi Trampın  tez bir zamanda müharibəni bitirmək niyyəti ilə bağlıdır. Onların fikrincə, ABŞ rəhbərinin Rusiya, Yaxın Şərq və strateji cəhətdən əhəmiyyət kəsb edən digər regionlarla bağlı hədəfləri var - Tramp öz hədəflərinə nail olmaq üçün qarşısına məqsəd qoyub.  Belə düşünülür ki,  Tramp Rusiya ilə Ukrayna arasında müharibəni bitirdikdən sonra Rusiya ilə münasibətlərin bərqərar olunması istiqamətində ciddi addımlar atmaq, xüsusilə Moskva ilə enerji sahəsində böyük layihələr həyata keçirmək niyyətindədir, eyni zamanda, Vaşinqtonun əsas diqqətini Arktika, Yaxın Şərq və Asiya-Sakit okean regionlarına yönəldəcək. Bu baxımdan Tramp iki münaqişə tərəfini qarşılıqlı güzəştlər müqabilində atəşkəsə razı salmaqda israrlıdır.

Vaşinqton vasitəçilikdən geri çəkilə bilər.... 

Tramp Ağ Evdə yerli mediayaya son açıqlamasında bildirib ki, əgər münaqişə tərəflərindən biri danışıqları sabotaj edərsə, ABŞ danışıqlardan çıxacaq və tərəfləri öz taleylərinə buraxacaq. Rubio da NATO-nun baş katibi Mark Rutte ilə son telefon danışığında bunu təsdiqləyib - o, qeyd edib ki, Ukraynada sülhə gedən aydın yol tezliklə ortaya çıxmasa, ABŞ sülh vasitəçiliyi səylərindən geri çəkiləcək. Tramp və Rubionun xəbərdarlığına baxmayaraq, ekspertlər bunun qeyri-mümkün olduğunu düşünürlər - hesab edirlər ki, ABŞ Rusiya ilə Ukrayna arasında atəşkəs elan olunana qədər münaqişənin nizamlanması istiqamətində səylərini davam etdirəcək.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Aprel 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident Şuşadan hansı mesajları verdi?

14 İyul 2026 12:44see403

“Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı BU MƏBLƏĞƏ

14 İyul 2026 02:46see306

Çempiondan ayrılan Elvin bu klubla müqavilə bağlayır

14 İyul 2026 02:17see277

Avtomobildən zibil atanları hansı cəza gözləyir?

14 İyul 2026 11:51see234

Seneqal millisinin əsas həkimi ginekoloq imiş

14 İyul 2026 01:27see219

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see216

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see214

Günə baxırlar... Fotolar

14 İyul 2026 01:47see199

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see175

Zelenski: Ukraynaya 300 raket lazımdır

14 İyul 2026 05:14see172

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see171

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see170

Azərbaycanda “Temu”ya qarşı İŞ QALDIRILDI KONKRET

14 İyul 2026 16:24see162

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see157

Tramp Hörmüzə görə kompensasiya gözləyir

14 İyul 2026 08:52see153

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see149

Bakı klubundan ayrılan braziliyalı bölgə komandasına qoşulmağa yaxındır

14 İyul 2026 01:50see148

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see144

Bakıda işıq kəsiləcək Bu ərazilərdə

14 İyul 2026 08:53see144

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri