Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

İran “razılaşma”sı niyə baş tutmayıb?

İran “razılaşma”sı niyə baş tutmayıb?

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nasist Almaniyasının Sovet İttifaqına hücumundan sonra hakimiyyəti almanpərəst əhval-ruhiyyədə olan İranın düşmən tərəfində müharibəyə girməsi təhlükəsi kəskinləşmişdi. İran ərazisi Zaqafqaziyada Sovet İttifaqına, Yaxın Şərqdə Böyük Britaniyaya qarşı hərəkətlər üçün istifadə edilə bilərdi. Buna görə də SSRİ və Böyük Britaniya rəhbərliyi Almaniyanın regionda təsirinin genişlənməsinin qarşısını almaq üçün birgə hərəkətlərin əlaqələndirilməsi ilə bağlı danışıqlara başladı.

“Razılaşma” əməliyyatı kimi tanınan bu plan 1941-ci il avqustun 25-də başlanıb. 1941-ci il sentyabrın 8-də İranda SSRİ və Britaniya qoşunlarının yerləşdiyi əraziləri müəyyən edən müqavilə imzalandı. İran ərazisi iki işğal zonasına bölündü. Cənub işğal zonası ingilis qoşunlarının, şimal zonası isə sovet ordusunun nəzarəti altına keçdi. Burada rəsmi Tehranın iştirakı nominal olaraq qaldı. Çünki şah, faktiki olaraq, ölkə üzərində nəzarəti itirmişdi. İranın nə xarici, nə də daxili siyasətini müəyyən edə bilirdi.

***

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra, müqavilələrə uyğun olaraq, müttəfiq qüvvələr İran ərazisini tərk etməli oldular. Hələ SSRİ və Britaniya qoşunlarının İrana yeridilməsindən əvvəl sovet rəhbərliyi İran Azərbaycanını Azərbaycan SSRİ-yə birləşdirilməsi barədə ciddi şəkildə düşünürdü. Bunun üçün əsaslar yetişmişdi. Birincisi, region əhalisinin böyük əksəriyyətini kifayət qədər inkişaf etmiş özünüdərkə malik olan etnik azərbaycanlılar təşkil edirdi. Onların çoxu qonşuluqdakı Azərbaycan SSRİ-nin mövcudluğu nümunəsindən ilhamlanırdı. İkincisi, Şah Rza Pəhləvi taxta çıxandan sonra mərkəzi İran hökuməti onların tədricən vahid farsdilli xalqa assimilyasiyasına yönəlmiş siyasət yürüdürdü. Rza Pəhləvinin özü də ana tərəfdən azərbaycanlı olmasına baxmayaraq, o, Azərbaycan dilində təhsili qadağan etmiş, qəzetləri bağlamış, milli hərəkatının fəallarını təqib etmişdi.

İran Azərbaycanının SSRİ-yə birləşdirilməsinin əsas ruhlandırıcısı və fəaliyyətin təşkilatçılarından biri Azərbaycan SSRİ-nin rəhbəri Mir Cəfər Bağırov idi. Məhz M.C.Bağırov dövründə Bakı şah rejiminin təqiblərindən qaçan İran kommunistlərinin sığınacaq və fəaliyyət yerinə çevrildi. 1941-ci ilin may – iyun aylarında, hələ İranda sovet əməliyyatı başlamazdan əvvəl Azərbaycan SSR-də partiya və hökumət işçilərinin səfərbərliyi başlandı. 3816 nəfər partiya işçisi, daxili işlər və dövlət təhlükəsizlik orqanlarının əməkdaşları, məhkəmə və prokurorluqdan, poliqrafçılardan, jurnalistlərdən, hətta mühəndis-geoloq və dəmiryolçulardan İran Azərbaycanında yeni dövlət orqanlarının formalaşdırılmasında istifadə ediləcək 52 briqada yaradıldı. Səfərbər edilmiş Azərbaycan SSR-nin qulluqçu və fəhlələrinə bilavasitə rəhbərlik Azərbaycan SSRİ-nin Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Əziz Əliyevə həvalə edildi.

***

Şimali Azərbaycandan gələn elçilər Cənubi Azərbaycanın milli mədəniyyətinin inkişafında həlledici rol oynamışlar. Azərbaycan dili gündəlik ünsiyyət vasitəsi olmaqdan mədəni ünsiyyət vasitəsinə çevrilmişdi. Şimali Azərbaycandan göndərilmiş mədəniyyət xadimləri milli ədəbi dilin formalaşmasında əvəzsiz rol oynamışlar. 1941-ci il oktyabrın 11-dən Təbrizdə “Vətən yolunda”, Urmiyada “Qızıl əsgər” qəzetləri nəşr olunmağa başladı. Bu qəzetlər Cənubi Azərbaycanda yerləşmiş əsgər və zabitlər üçün nəzərdə tutulsa da, ana dili ilə bağlı problemlərin həllində mühüm rol oynadı. Amma Bağırovun planları SSRİ rəhbərliyi tərəfindən aydın başa düşülmürdü. Xüsusilə, SSRİ Xalq Xarici İşlər Komissarlığına rəhbərlik edən Molotov hesab edirdi ki, İranda Azərbaycan və kürd problemlərinin kəskinləşməsi Sovet İttifaqının xarici siyasət mövqelərinin möhkəmlənməsinə kömək etməyəcək. Guya, bu, Böyük Britaniya və ABŞ tərəfindən mənfi reaksiyaya səbəb olacaqdı. İ.V. Stalin isə həm Bağırovun, həm də Molotovun mövqeyinin düzgünlüyünə şübhə edirdi və bu səbəbdən uzun müddət qərar qəbul etmədi.

1945-ci il iyulun ilk günlərində Bağırov Stalinlə görüşmək üçün Moskvaya gedir. Bundan sonra 1945-ci il iyulun 6-da Ümumittifaq Kommunist Partiyası (bolşeviklər) Mərkəzi Komitəsinin Siyasi Bürosu “Cənubi Azərbaycanda və Şimali İranın digər vilayətlərində milli hərəkatın təşkili tədbirləri haqqında” “tam məxfi” qərarı qəbul etdi. Bu qərara uyğun olaraq, İran daxilində mümkün qədər geniş hüquqlara malik azərbaycanlılar üçün milli muxtariyyət yaradılmasına hazırlıq məqsədəuyğun hesab edildi. Sənəddə Gilan, Mazandaran, Qorqan və Xorasanda separatçı hərəkatların dəstəklənməsinin məqsədəuyğunluğu vurğulandı.

Bu planın həyata keçirilməsində əsas iş İran Xalq Partiyasına, daha doğrusu, onun Güney Azərbaycandakı şöbəsinə, xüsusi olaraq Azərbaycan Demokrat Partiyasına həvalə edilməli idi. Məqsəd kommunist ideologiyasını müvəqqəti kənara qoyub, cəmiyyətin bütün təbəqələrindən olan separatçıları və azərbaycanlı millətçiləri cəlb edəcək milli şüarlarla çıxış etmək idi. Qərarın digər bəndinə əsasən, İran ərazisində kürdlər üçün milli muxtariyyət yaratmaq məqsədilə İran Kürdüstanında separatçı hərəkatın inkişaf etdirilməsi nəzərdə tutulurdu.

***

1945-ci il avqustun sonunda Mir Cəfər Bağırov İosif Stalindən Cənubi Azərbaycanın ilhaqına daha tez hazırlaşmaq barədə əmr alır. Sentyabrın 3-də özəyini İran kommunist hərəkatının veteranlarının təşkil etdiyi Azərbaycan Demokrat Partiyası rəsmən təsis edilir. İran Xalq Partiyasının Azərbaycan təşkilatının bütün üzvlərinə ADP-yə üzv olmaq tövsiyə olundu. ADP sədri Seyid Cəfər Pişəvəri (əsl adı – Mir Cəfər Cavad-zadə, 1892-1947) seçilir. S.C.Pişəvəri partiyanın başçısı olduqdan sonra Güney Azərbaycan ərazisində fəaliyyət göstərən Tudə təşkilatlarının və İran həmkarlar ittifaqlarının ADP sıralarına daxil olmalarını təşkil etdi. Sovet İttifaqının köməyi ilə Cənubi Azərbaycan muxtar hökumətinin qurulmasına başlandı. 1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Partiyası özünü İran Azərbaycanında hakim partiya elan etdi və geniş demokratik islahatlar aparacağına söz verdi. Partiyanın nəzarəti altında olan kəndli milislərin köməyi ilə 1945-ci il noyabrın 18-də İran Azərbaycanında qansız dövlət çevrilişi həyata keçirildi. Vilayətdə, demək olar ki, bütün dövlət vəzifələrini Azərbaycan Demokrat Partiyasının fəalları tutdu. İran Azərbaycanı Azərbaycan Muxtar Demokratik Respublikası elan edildi. ADR-i İranın hökumət qoşunlarının müdaxiləsindən Sovet ordusunun İran Azərbaycanı ərazisində yerləşən bölmələri qoruyurdu. Buna görə də Təbrizə doğru irəliləyən şahın qoşunlarının qarşısı tezliklə alındı. Şimal-qərb ərazilərini qoruyub saxlamaq, eyni zamanda Sovet İttifaqı ilə qarşıdurmaya girməmək üçün baş verən hadisələrə necə reaksiya verəcəyi barədə bir fikri olmayan Şah hökuməti tamamilə çaşqınlıq içində idi.

Noyabrın 20-21-də Təbrizdə Azərbaycan Xalq Qurultayının iclası keçirildi və orada iştirak etmək üçün 687 nümayəndə toplandı. Qurultayda qəbul edilən bəyanatda xüsusilə vurğulanırdı: “Bütün dünyanın diqqətinə çatdırırıq: Yer kürəsində öz hüquqlarını hər vasitə ilə müdafiə etmək qərarına gələn bir xalq var. Bu xalq Asiyanın bir küncündə öz azadlığı naminə demokratiya bayrağını ucaltdı”.

ADR-nin 39 nəfərdən ibarət Milli İcraiyyə Komitəsi yaradıldı və Əhməd Kordari yeni respublikanın baş naziri təyin edildi. Dekabrın 17-də TASS “İran Azərbaycanı Milli Hökumətinin Manifesti”ni dərc etdi.

***

1945-ci il dekabrın 23-də Seyid Cəfər Pişəvəri, Mirzə Əli Şəbüstəri və İran Azərbaycanının digər yüksək vəzifəliləri müstəqil demokratik respublika hökumətinin qurulmasına köməklik göstərilməsi xahişi ilə Mir Cəfər Bağırova müraciət etdilər. ADP liderlərinin fikrincə, yeni dövlət qurumunun sərhədləri ölkənin şimalında Ənzəli limanı, cənubunda isə İraq sərhədləri olmalı idi. ADP rəhbərləri Bağırovun nəzərinə çatdırdılar ki, yeni dövlət Azərbaycan Milli Demokratik Respublikası adlanacaq və konstitusiyaya uyğun idarəçilik prinsipləri və demokratik azadlıqlara hörmət əsasında qurulacaq. Təbriz, Ərdəbil, Urmiya, Miandoab, Marağa, Salmas, Xoy, Mərənd, Mian, Ənzəli, Maku, Əhər, Xerovabad, Zəncan, Qəzvin və Həmədan şəhərlərinin yeni respublikaya daxil edilməsi nəzərdə tutulurdu. Vurğulanırdı ki, ADR-in sərhədləri əhalisinin 95 faizi Azərbaycan türklərindən ibarət İran ərazisini əhatə etməlidir.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1946-cı il yanvarın 10-da Londonda keçirilən sessiyasında ABŞ-ın dəstəklədiyi İran nümayəndə heyəti xarici hərbçilərin ölkə ərazisində davamlı olaraq qalması məsələsini gündəliyə daxil etdi.

1946-cı ilin martında Moskva danışıqlarında SSRİ hökuməti öz tələblərini irəli sürərək İrana bunları təklif etdi: “SSRİ qoşunlarının İranın müəyyən ərazilərində qalması; neft güzəştləri məsələsinin müzakirəsi; Azərbaycanın muxtar hökumətinin tanınması”. Bu, nə İrana, nə ABŞ-a, nə də İngiltərəyə sərf edirdi.

Martın 24-də Qərbin təzyiqi ilə SSRİ öz səfiri vasitəsilə İranı əmin etdi ki, ay yarım ərzində öz qoşunlarını İrandan çıxaracaq. Bəzi mənbələrə görə, ABŞ Prezidenti Harri Trumenin Bakıya atom bombası atmaqla hədələməsi İran böhranının həllində müəyyən rol oynadı. Stalin vəziyyəti gərginləşdirməyə cəsarət etmədi və Azərbaycan demokratik hökumətinə yardım göstərmədi. Beləliklə, 1946-cı il mayın 9-da sovet qoşunlarının və əmlakının İran ərazisindən çıxarılması başa çatdırıldı. Amma 1947-ci ildə İran Məclisinin yeni tərkibi birgə neft şirkəti yaratmağa dair SSRİ–İran müqaviləsini ratifikasiyadan imtina etdi. 1946-cı ilin yayında Azərbaycan Demokratik Respublikasının rəhbərliyi muxtariyyətdən imtina etməyə razılıq verdi. Dekabrın əvvəlində şah qoşunları ADR-in nəzarətində olan ərazinin sərhədini keçərək Təbrizə daxil oldu və cəza tədbirləri başladı. 14 minə yaxın azərbaycanlı demokrat və onların tərəfdarları edam edildi. Düzdür, demokratlar hakimiyyətdə olarkən şah rejiminin 500-ə yaxın tərəfdarını edam etmişdilər.

ADP fəaliyyətini dayandırdıqdan sonra Cənubi Azərbaycan hərəkatı liderlərinin böyük hissəsi İranı tərk edərək Sovet İttifaqına getdi. Seyid Cəfər Pişəvəri Bakıda məskunlaşdı. O, 1947-ci ildə avtomobil qəzasında dünyasını dəyişdi. ADP-də hərbi nazir vəzifəsini tutan general Cəfər Kavian Məmmədzadə də Bakıya pənah gətirdi. O, Pişəvəridən fərqli olaraq, ahıl yaşınadək ömür sürdü, 1975-ci ildə Bakıda vəfat etdi. Beləliklə, Cənubi Azərbaycanda 1941-1946-cı illərin milli azadlıq hərəkatı SSRİ rəhbərliyinin xəyanəti nəticəsində süquta uğradı.

Mehman MƏMMƏDOV,
tibb elmləri doktoru, professor

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri