Icma.az
close
up
RU
London, Moskva, Roma, Tokio... Dünya tarixində baş vermiş ən böyük 9 yanğın

London, Moskva, Roma, Tokio... Dünya tarixində baş vermiş ən böyük 9 yanğın

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qədim insanlar odu kəşf etməklə bəşəriyyətə çox böyük töhfə vermiş oldular. Od onların mağaralarını isidirdi, ov ətlərinə dad verirdi, vəhşi heyvanları qorxudurdu. Amma zamanla od həm də bir çox faciələrə yol açmağa başladı. Belə ki, təsadüfən və ya qəsdən törədilən yanğınlar nəticəsində bəzən ayrı-ayrı tikililər, yaşayış mərkəzləri, şəhərlər, bəzən isə bütöv bir sivilaziya məhv olurdu.

Kulis.az Dünya tarixində baş vermiş ən dəhşətli 9 yanğın haqqında məlumatı təqdim edir.

1. Roma yanğını, 64-cü il

Bizə məlum olan ən böyük yanğınlardan birincisi eramızın 64-cü ilində, imperator Neronun dövründə Romada baş verib. Bəzi ehtimallara görə, yanğın elə imperatorun öz əmri ilə törədilmişdi. Neron isə sarayının eyvanında dayanıb mahnı oxuya-oxuya yanğını izləyirmiş.

Yeddi gün, yeddi gecə davam edən yanğın zamanı Roma, demək olar, bütünlükdə yanıb kül olub.

2. Amsterdam yanğınları, 1421 və 1452-ci illər

O dövrdə Amsterdamdakı əksər tikililər taxtadan idi. 1421-ci ildə baş vermiş yanğında şəhərin yarısı yansa da, 1452-ci ildə baş verən ikinci yanğında Amsterdamın dörddə üçü yanıb kül olur. Məhz bu yanğından sonra hökumət yeni qərar qəbul edir. Bu qərara əsasən, evlərin ancaq qabaq və arxa tərəflərinin taxtadan düzəldilməsinə icazə verilir, yan divarlar isə daşdan tikilməli idi.

3. Böyük London yanğını, 1666-cı il

Sentyabrın 2-si gecə saatlarında Tomas Ferrinorun çörəkxanasında yanğın başlayır. O vaxtlar yanğının yayılmasının qarşısını almaq üçün yanğın çıxan binanın yanındakı tikililəri sökürdülər. Amma o gecə bu addımı atmırlar. Və həmin dövrdə Londondakı tikililərin əksərinin damı samandan hazırlandığı üçün, yanğın tez bir zamanda şəhərə yayılır. Həmin yayın quraqlıq keçməsi və külək də bu prosesi sürətləndirir. Yanğını dörd gün ərzində söndürə bilmirlər.

Nəticədə, 13500 ev, 87 kilsə, o cümlədən, Müqəddəs Pavel kilsəsi tamamilə yanıb məhv olur, Təxminən 200 min adam evsiz-eşiksiz qalır. Yanğının fəsadlarını aradan qaldırmaq üçünsə təxminən yarım əsr vaxt lazım olur.

Yanğın, eyni zamanda, 1665-ci ildə Londonda yayılmağa başlayan vəba xəstəliyinin qarşısını alır.

4. Kopenhagen yanğını, 1728-ci il

1728-ci ilin üç oktyabr günü ərzində Danimarkanın paytaxtında dəhşətli yanğın baş verir. Təəssüf ki, yanğın evlərdən əlavə xeyli tarixi abidələri, muzey eksponatlarını, qiymətli arxiv sənədlərini də məhv edir. Zərər görmüş binaları yenidən bərpa etmək mümkün olmadığı üçün, yanğın baş verən sahədəki bütün tikililəri söküb təzədən tikirlər.

5. Lissabon yanğını, 1755-ci il

1755-ci ilin 1 noyabrında, Bütün Müqəddəslər günündə Lissabonda güclü zəlzələ baş verir. Üstəlik, şəhəri sunami basır və yanğın başlayır. Zəlzələ vaxtı 20 kilsə eyni vaxtda uçulur, ibadətə yığılmış minlərlə insan dağıntı altında qalır. Yanğın bir neçə gün davam edir. Nəticədə, 100 000 insan həyatını itirir, Kral sarayı da daxil olmaqla 300 saray və 110 kilsə uçulur.

6. Moskva yanğını, 1812-ci il

Napoleon ordusu ilə Moskvaya girəndən bir gün sonra şəhərdə yanğın başlayır və külək yanğını işıq sürəti ilə bütün şəhərə yayır. Rusiya tarixinin ən dəhşətli yanğınlarından olan Moskva yanğınında şəhərdəki 9151 evdən 6496-sı, 329 məbəddən 122-si məhv olur, təxminən 12 000 insan həyatını itirir. Şəhərin bərpasına 20 il vaxt lazım olur.

7. Hamburq yanğını, 1842-ci il

Dörd gün davam edən Hamburq yanğınında insan tələfatı cəmi 44 nəfər olsa da, şəhərə külli miqdarda ziyan dəyir. Belə ki, 71 küçəni əhatə edən yanğında 1992 yaşayış evi, üç böyük kilsə, sinaqoq, bir neçə mehmanxana və böyük dükanlar yanır.

8. San-Fransisko yanğını, 1906-cı il

1906-cı ilin 18 aprelində San-Fransiskoda zəlzələ baş verir və şəhərdə yanğın başlayır. Yanğın nəticəsində 3000 insan həyatını itirir, tikililərin 80%-i dağılır, 250-300 000 arası insan evsiz qalır.

9. Tokio yanğını, 1923-cü il

1923-cü ildə Tokioda güclü zəlzələ baş verir və şəhərin müxtəlif yerlərində yanğınlar başlayır. Bu, Yaponiya tarixindəki ən dəhşətli fəlakət hesab edilir. Belə ki, zəlzələ və yanğın nəticəsində ümumilikdə 142 000 insan həyatını itirir.

Milli Kitabxanada “Professor Famil Mehdi – 90” kitab sərgisi açıldı “Kod adı V.X.A” tamaşası yenidən təqdim olunacaq Xurşidbanu Natəvanın qadın şair qohumları - Təranə Abdullayeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Yanvar 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see331

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see144

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see137

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see133

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see132

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see126

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see126

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see120

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see120

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see120

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see119

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see119

18 milyon şagird qara ayaqqabımı geyinəcək? Nazirlik açıqlama verdi

31 Avqust 2025 13:14see116

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see116

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see115

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri