Icma.az
close
up
RU
Böyük şəhərlər niyə yandırıldı? London, Moskva, Roma yanğınlarının iç üzü

Böyük şəhərlər niyə yandırıldı? London, Moskva, Roma yanğınlarının iç üzü

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Eramızın 64-cü ilində böyük və əzəmətli şəhər Roma yandırılır.

Yanğın bütün şəhəri bürüyür və 7 gün davam edir. Deyilənlərə görə, şəhəri yandırmaq əmrini möhtəşəm bir tamaşadan həzz almaq arzusunda olan imperator Neron özü verib.

Bu, tarixdə, bəlkə də, miqyasına görə yeganə böyük yanğın hadisəsidir ki, ağıldankəm imperatorun arzusu ilə baş verib. Qalan bütün faciəvi yanğınlar təsadüfən, kiminsə odla ehtiyatsız davranışı nəticəsində ortaya çıxıb. Bura 1666-cı ildə baş vermiş böyük London yanğınını da aid etmək olar.

Sentyabrın 2-də gecə Londonda başlayan yanğın dörd gün davam edib. Hər şey Tomas Ferrinorun "Pudding Lane"dəki çörək sexində başlayıb. Yanğın 13 500 evi, 87 kilsəni və əksər yerli hökumət binalarını məhv edib. Hadisə nəticəsində 200 mindən çox insan evsiz qalıb. 1812-ci ildə fransızlar tərəfindən işğal olunan Moskvada başlayan yanğın güclü külək sayəsində sürətlə hər tərəfə yayılıb.

Deyilənlərə görə, şəhəri əhali qəsdən yandırıb ki, Napoleon Bonapart və ordusuna qismət olmasın. Müharibədən çıxan 2 000-ə yaxın yaralı rus əsgəri yanğında həlak olub. Moskvanın bu faciədən sonrakı bərpası isə 20 il çəkib. Elmi-texniki tərəqqiyə baxmayaraq, yanğınlar müasir dövrdə də baş verir. Yenə də bu yanğınlarda insanlar həlak olur, xəsarət alırlar. 2017-ci il iyunun 14-də gecə saatlarında Londonun Şimali Kensinqton bölgəsindəki 24 mərtəbəli "Grenfell Tower" yaşayış binasında baş verən yanğın da müasir dövrün ən dəhşətli faciələrindəndir. Yanğının söndürülməsinə 10 saata yaxın vaxt sərf olunub.

Bu hadisədə 79 nəfər dünyasını dəyişib. 2025-ci il yanvarın 21-də Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzindəki hoteldə başlayan yanğın tez bir zamanda bütün binaya yayılaraq faciəyə səbəb olub. Hadisə zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Yanğın nəticəsində 78 nəfər dünyasını dəyişib, 52 nəfər yaralanıb.

Ətraflı Baku TV-nin araşdırma materialında:

Böyük şəhərlər niyə yandırıldı? - London, Moskva, Roma yanğınlarının iç üzü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Yanvar 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri