Icma.az
close
up
RU
Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Londonda Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin paytaxtı Londonda yerləşən Britaniya Milli Kitabxanasında “21 Fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunan tədbir keçirilib.

XQ xəbər verir ki, tədbir Britaniya Azərbaycanlıları Cəmiyyəti və cəmiyyətin nəzdində fəaliyyət göstərən Qarabağ Məktəbinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.  

Açılış nitqi ilə çıxış edən məktəbin rəhbəri Fəridə Pənahova tədbirin əsas məqsədinin Azərbaycan dilinin, milli kimliyin və mədəni irsin qorunması və təbliğinə töhfə vermək olduğunu bildirib. O həmçinin tədbirin təşkilinə və Qarabağ məktəbinin fəaliyyətinə göstərilən dəstəyə görə komitəyə təşəkkür edib. 

Qarabağ Məktəbinin Azərbaycan dili müəllimi və “Bülbül” ana dili kitabının müəllifi Emiliya Cəbrayılova çıxışında ana dilinin uşaqların intellektual inkişafında, milli kimliyinin formalaşmasında və tarixi kökləri ilə bağlılığının möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Valideynlər-Ləman Ağası, İlahə Ocal, Ceyran Şirinova və Ülviyyə Tağızadə övladlarına ana dilinin öyrədilməsinin və ailə daxilində milli-mədəni dəyərlərin qorunmasının vacibliyini qeyd ediblər. 

Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin birinci katibi Eltay Aslanov da iştirak edib. O bu cür təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını söyləyib, ana dilinin milli kimliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb. 

Tədbir çərçivəsində uşaqlara “Azərbaycan” sözünü eşitdikdə nəyi xatırladıqları barədə sual ünvanlanıb. Uşaqlar bu suala qürurla Azərbaycan bayrağı cavabını veriblər. Daha sonra şagirdlər Dövlət bayrağımızın rəsmini çəkiblər, “Bülbül” kitabının “Özün rənglə” bölməsində milli ornamentlərimizin şəkli olan səhifələri rəngləyiblər. Onlar, həmçinin Azərbaycan dilində şeirlər və mahnılar səsləndirib, “Tərəkəmə” rəqsini ifa edib, “Tıq tıq xanım” animasiya filmini izləyiblər. Sonda komitə adından “Bülbül” kitabının  20 nüsxəsi uşaqlara hədiyyə edilib. 

Tədbirə Oksford, Kembric və Mançester şəhərlərindən Qarabağ Məktəbində təhsil alan şagirdlərin ailələri də qatılıb. Əsasən onlayn dərslərdə iştirak edən uşaqlar üçün canlı görüş xüsusi əhəmiyyət daşıyıb. Tədbir həm şagirdlər, həm də valideynlər üçün yaddaqalan anlarla zəngin olub, qarşılıqlı ünsiyyət və tanışlıq baxımından mühüm rol oynayıb. Təşkilatçılar bu cür təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini bildiriblər.

Qeyd edək ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin (BAC) 2021-ci ilin sentyabrında təsis etdiyi onlayn Qarabağ məktəbi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Məktəb Azərbaycan dilinin, mədəniyyətinin və milli irsinin xaricdə yaşayan azərbaycanlı uşaqlara aşılanması, eyni zamanda bu dəyərlərin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm töhfə verir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Fevral 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri