Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

BSU da Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan tədbir keçirilib

BSU da Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan tədbir keçirilib

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Dekabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq Türk Dili Ailəsi Gününə həsr olunan “Türk dili-ana dilim” adlı tədbir keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin (MM) deputatı,  Azərbaycan-Türkiyə(Türkmənistan, Özbəkistan, Qırğızıstan) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı, MM-in deputatı, Türk Dövlətləri Parlament Assambleyasının üzvü Günay Əfəndiyeva , MM-in deputatı,  Azərbaycan-Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun  rəhbəri Hikmət Babaoğlu,  Bakı Yunus Emre İnstitutunun direktoru Gökhan Seyhan, BSU-nun Türkologiya kafedrasının professoru Nuridə Novruzova, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və xalqımızın Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2024-cü ildə andiçmə mərasimində türk dili ilə bağlı səsləndirdiyi fikirləri əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, UNESCO-nun 2025-ci ilin oktyabr ayında Səmərqənd şəhərində keçirilmiş Baş Konfransında qəbul edilən bu qərarın icrasına artıq başlanılıb və türk dilləri ailəsi ilk dəfə olaraq qlobal səviyyədə vahid dil ailəsi kimi qeyd olunur. Bu qərar yalnız türkdilli ölkələr arasında mədəni əməkdaşlığın gücləndirilməsi deyil, eyni zamanda türk xalqlarının ortaq mənəvi köklərinin, dil və dəyərlərinin beynəlxalq miqyasda tanınmasının parlaq göstəricisidir.

A.Nağıyev qeyd edib ki, UNESCO kimi nüfuzlu, mötəbər beynəlxalq təşkilat tərəfindən türk dillərinin vahid dil ailəsi kimi tanınması və bu münasibətlə xüsusi günün təsis edilməsi ali təhsil müəssisələri baxımından Türkologiya elmin və türk kimliyinin qlobal nüfuzunun artmasının açıq ifadəsidir. Bu addım türk dillərinin bəşəri mədəniyyətin ayrılmaz hissəsi kimi qəbul edildiyini bir daha təsdiqləyir.

Rektor Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrinin bu günün mahiyyətini ifadə etdiyini qeyd edərək, Türk Dövlətləri Təşkilatının türk xalqları arasında siyasi, iqtisadi və humanitar sahələrdə həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, türk dilləri ailəsi yalnız elmi- linqvistik anlayış deyil, minilliklər boyu formalaşmış ortaq tarixi yaddaşın, mədəni irsin və mənəvi birliyin daşıyıcısıdır. 

Çıxışda Ulu Öndər Heydər Əliyevin ana dilinin qorunması və inkişafı istiqamətində ardığı tarixi addımlar, eləcə də Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı çağırışları xüsusi vurğulanıb.

A.Nağıyev bildirib ki, 2012-ci ildə Bişkekdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında yaradılan Türk Dövlətləri Universitetlər Birliyi və “Orhun” Mübadilə Proqramı elm və təhsil sahəsində əməkdaşlığı təşviq edir, BSU isə 2024-cü ildən etibarən  Türk Dövlətləri Universitetlər Birliyinin üzvüdür.

Rektor qeyd edib ki, BSU-da fəaliyyət göstərən Türk Araşdırmaları Mərkəzində, həmçinin Türkologiya və Balkanşünaslıq kafedralarında türk dilinin öyrənilməsi, türkoloji tədqiqatların aparılması universitetin mühüm əsaslardan birini təşkil edir. A.Nağıyev bildirib ki, BSU-da türk dilləri qrupundan Azərbaycan dili ilə yanaşı,  Türk dili və ədəbiyyatı, Regionşünaslıq (Balkan, Mərkəzi Asiya ölkələri və Türkiyə üzrə) ixtisaslarında tədris olunur.

Çıxışda BSU-nun Bolqarıstan, Ukrayna, Belarus və Rusiyada fəaliyyət göstərən mərkəzlərində Azərbaycan dili dərslərinin təşkili, eləcə də xarici tələbələr üçün hazırlanmış Azərbaycan dili dərslikləri barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycan dilinin və mədəniyyətinin qlobal təbliği BSU-nun əsas məramlarından biridir.

Rektor son dövrlərdə BSU-nun türk dünyasının bir sıra nüfuzlu ali təhsil müəssisələri – Qazaxıstanın Şimkent Universiteti, Türkiyənin Mərmərə, Trakya, Tekirdağ Namik Kamal, Rumeli universitetləri, eləcə də Özbəkistan Namanqan Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini bildirib.

Sonda vurğulanıb ki, 200 milyondan çox insanın danışdığı türk dilləri ailəsi dünyanın ən böyük dil qruplarından biridir və bu zənginlik gələcəkdə daha güclü və inteqrasiya olunmuş türk birliyinin formalaşmasına mühüm töhfə verəcək. 15 dekabr – Dünya Türk Dili Ailəsi Günü ortaq dilimizin, ortaq kökümüzün və ortaq mənəvi dəyərlərimizin bayramıdır.

Tədbirdə MM-in deputatı, Azərbaycan–Türkiyə (Türkmənistan, Özbəkistan və Qırğızıstan) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı Dünya Türk Dili Ailəsi Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, 15 dekabr tarixinin seçilməsi təsadüfi deyil. Qeyd olunub ki, avropalı türkoloq alim Vilhelm Tomsen 1893-cü il dekabrın 15-də “Orxon” kitabələrinin türk dilində yazıldığını beynəlxalq elmi ictimaiyyətə təqdim edib. Bu tarixi fakt Dünya Türk Dili Ailəsi Gününün məhz həmin gün qeyd olunmasına rəmzi məna qazandırır.

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağıqızı çıxışında vurğulayıb ki, dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda düşüncənin, mədəniyyətin və mənəvi dəyərlərin ifadə formasıdır. Onun sözlərinə görə, dil xalqın dünyagörüşünü, tarixi yaddaşını və intellektual irsini nəsildən-nəslə ötürən əsas amildir.

MM-in deputatları Mehriban Vəliyeva, Günay Əfəndiyeva,Hikmət Babağoğlu və Bakı Yunus Emre İnstitutunun direktoru Gökhan Seyhan, BSU-nun Türkologiya kafedrasının professoru Nuridə Novruzova çıxışlarında dilin nəsillərarası körpü olduğunu, bir xalqın dili yaşadıqca onun gələcəyinin də qorunduğunu qeyd ediblər. Türk dilinin qədim tarixi və birləşdirici rolu xüsusi vurğulanıb.

Daha sonra Mahirə Nağıqızının sözlərinə bəstələnmiş “Əsr Türkün Olacaq”mahnısının klipi nümayiş olunub.

Tədbir 3 nömrəli Uşaq Yaradıcı Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış bədii hissə ilə davam edib.

Hurriyyet.az

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 16 Dekabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri