Londonda elektrik kəsintisi metroda ciddi nəqliyyat pozuntularına səbəb olub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
London, 12 may, AZƏRTAC
Londonda baş vermiş elektrik enerjisi kəsintisi paytaxtın metro nəqliyyatında böyük axsamalara səbəb olub.
AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, “Bakerloo” və “Suffragette” metro xətləri tamamilə fəaliyyətini dayandırıb. “Elizabeth”, “Jubilee” və “Northern” xətlərində isə ciddi gecikmələr və qismən dayandırılmalar müşahidə olunub.
London Nəqliyyat İdarəsinin (TfL) nümayəndəsi bildirib ki, Londonun cənub-qərbində cəmi bir neçə dəqiqəlik baş verən elektrik kəsintisi milli şəbəkədə (National Grid) yaranan problemə görə bütün sistemin dayanmasına səbəb olub. Nəticədə bəzi qatarlar bir müddət tuneldə ilişib qalıblar.
Hazırda metronun normal fəaliyyətini bərpa etmək üçün işlərin davam etdiyi qeyd olunub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:127
Bu xəbər 12 May 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















