Icma.az
close
up
RU
Londonda metro sürücülərinin növbəti tətili nəqliyyatda ciddi problemlərə səbəb olub

Londonda metro sürücülərinin növbəti tətili nəqliyyatda ciddi problemlərə səbəb olub

Icma.az bildirir, Azertag portalına istinadən.

London, 4 iyun, AZƏRTAC

Londonun metro şəbəkəsində çalışan sürücülərin növbəti tətili paytaxtda nəqliyyatın işinə ciddi təsir göstərib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, tətil Dəmir Yolu, Dəniz və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqının (RMT) üzvləri tərəfindən təşkil edilib.

Aksiya iş qrafiki ilə bağlı uzun müddətdir davam edən mübahisə fonunda keçirilir. Həftə ərzində ikinci dəfə keçirilən 24 saatlıq tətil səbəbindən bir sıra metro xətlərində gecikmələr və xidmət məhdudiyyətləri müşahidə olunur.

London meri Sadiq Xan tətil başlamazdan əvvəl tərəfləri danışıqlara qayıtmağa çağıraraq aksiyanın ləğv edilməsini istəyib. O bildirib ki, tətil həm işçilərə, həm də şəhər iqtisadiyyatına mənfi təsir göstərir.

RMT həmkarlar ittifaqı bildirir ki, mübahisənin əsas səbəblərindən biri yeni dörd günlük iş həftəsi modelidir. İttifaq üzvlərinin əksəriyyəti bu dəyişikliklərə qarşı çıxır. Sürücüləri təmsil edən digər həmkarlar ittifaqı ASLEF isə yeni iş rejimini qəbul edib. Yeni sistem həftəlik iş saatlarını beş gün əvəzinə dörd gün ərzində tamamlamasını nəzərdə tutur. Həmkarlar ittifaqı hesab edir ki, bu dəyişiklik daha uzun növbələrə və iş şəraitinin pisləşməsinə səbəb ola bilər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri