Londonda Kremlin casusu ifşa olundu: Rus agentə 10 il 8 ay həbs cəzası kəsilib
Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
London məhkəməsi Britaniyada fəaliyyət göstərən və Kremlə işləyən casus dəstəsinin liderini 11 ilə yaxın həbs cəzasına məhkum edib. Bu barədə Reuters agentliyi xəbər verir.
Nəşrin məlumatına görə, təqsirli bilinən 47 yaşlı Orlin Rusev 10 il 8 ay həbs cəzası alıb. Məhkəmədə o, Rusiyaya casusluq etmək üçün sui-qəsddə günahını etiraf edib.
Rusevin günahı polisin onunla xaricdən bir qrup Bolqarıstan vətəndaşının fəaliyyətini koordinasiya edən Wirecard şirkətinin keçmiş rəhbəri, qaçaq Yan Marsalek arasında minlərlə mesaj tapmasından sonra sübuta yetirilib.
Hakim Nikolas Hilliard bildirib ki, Rusevin fəaliyyəti Britaniyanın milli təhlükəsizliyinə ciddi təhlükə yaradır.
Reuters-in qeyd etdiyi kimi, Rusev Almaniyada Amerika bazasında təlim keçmiş jurnalistləri, müxalifətçiləri və Ukrayna hərbçilərini izləyən casus şəbəkəsində iştirak etməkdə təqsirli bilinən altı bolqardan biridir. Onun müavini, 44 yaşlı Biser Cambazov 10 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Digər şübhəli İvan Stoyanov da günahını etiraf edib.
Böyük Britaniya prokurorluğu şəbəkənin birbaşa Rusiya kəşfiyyatının göstərişi ilə fəaliyyət göstərmədiyini, ilk növbədə pul üçün işlədiyini qeyd edib.
Əziz Mustafa, Oxuməni.az
Baxış sayı:113
Bu xəbər 13 May 2025 08:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















