Londonda Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edən 3 nəfər həbs edilib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Londonda üç nəfər xarici kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunub.
APA xəbər verir ki, bu barədə polis orqanları məlumat yayıb.
Məlumata görə, 48, 45 və 44 yaşlı üç kişi paytaxtın qərb və mərkəzi hissələrindəki ünvanlarda saxlanılıb. Həmin ünvanlarda, eləcə də qərbi Londonda yerləşən digər bir məkanda axtarışlar davam etdirilir.
Polisin açıqlamasına görə, saxlanılan şəxslər Rusiya kəşfiyyatı ilə əməkdaşlıq edib.
Londonun Terrorçuluğa Qarşı Mübarizə İdarəsinin rəhbəri Dominik Mörfi bildirib ki, son dövrlərdə xarici kəşfiyyat qurumları tərəfindən yerli “vasitəçilərin” cəlb olunması halları artır.
“Xarici dövlətin tapşırığı ilə Britaniya ərazisində cinayət əməli törətmək üçün təklif alan hər kəs bir daha düşünməlidir. Bu cür fəaliyyətlər ciddi şəkildə araşdırılacaq və günahkar bilinənlərə qarşı ağır cəzalar tətbiq olunacaq”, - Mörfi deyib.
Hadisə ilə bağlı istintaq davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 23 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















