Icma.az
close
up
RU
Londonda yaşayan azərbaycanlı Ticarət və Sənaye Palatasının komitə sədri təyin edilib

Londonda yaşayan azərbaycanlı Ticarət və Sənaye Palatasının komitə sədri təyin edilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

London, 6 avqust, AZƏRTAC

Londonda yaşayan azərbaycanlı, “Guavapay” şirkətinin qrup üzrə icraçı direktoru Elxan Nəsibov London Ticarət və Sənaye Palatasının (LCCI) nəzdində fəaliyyət göstərən Bacarıqlar Komitəsinin sədri təyin olunub.

AZƏRTAC xəbər verir ki, Elxan Nəsibov komitəyə sədrlik etməyin onun üçün böyük şərəf olduğunu deyib. O bildirib ki, komitə üzvləri ilə birlikdə çalışaraq əməkdaşlığı təşviq etməyi, innovasiyaları dəstəkləməyi və London biznesmenləri arasında sahibkarlıq ruhunu gücləndirməyi səbirsizliklə gözləyir.

Palatanın siyasət və kommunikasiya direktoru Liz Giles Elxan Nəsibovun komitəyə sədr təyin olunmasını yüksək qiymətləndirib: “Onun liderliyi və sənaye üzrə peşəkarlığı bizə biznes, təhsil və təlim arasında əlaqəni gücləndirməkdə kömək edəcək. Bu isə Londonun gələcək işçi qüvvəsinin hazırlanması baxımından olduqca vacibdir”,- deyə o qeyd edib.

Elxan Nəsibov hazırda “Guavapay” şirkətində qrup üzrə icraçı direktor vəzifəsini icra edir. O, bank sektorundakı karyerasına 19 yaşında Avropanın ən böyük banklarından birində başlayıb. İllər ərzində biznesin inkişafı, məhsul dizaynı, əməliyyatlar və tənzimləyici komplayens daxil olmaqla bankçılığın müxtəlif sahələrində təcrübə qazanıb. Şirkətdə əvvəlcə baş komplayens inspektoru və MLRO vəzifələrini icra edən Elxan Nəsibov “Guavapay”in qurulmasında əsas rol oynayıb. Onun rəhbərliyi altında şirkət 5 nəfərlik komandadan IT, maliyyə və bankçılıq sahələrində fəaliyyət göstərən 650-dən çox mütəxəssisin çalışdığı qlobal təşkilata çevrilib. 2024-cü ildə isə həmyerlimiz Londonda yüksək dərəcəli “Freedom of the City of London” tituluna layiq görülüb. O, həmçinin müxtəlif beynəlxalq biznes və diplomatik forumlara spiker qismində dəvət olunur.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri