Londondan Afinaya gedən azərbaycanlı qadın narkotiklə saxlanıldı
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Yunanıstanın "Newsit" nəşri dekabrın 30-da bildirib ki, Mikaela Cav, ləqəbi İzzət Xanım Cavadova 12 nəfərlə birlikdə Yunanıstanda saxlanılıb.
Moderator.az xəbər verir ki, İzzət Xanım Cavadova uzun müddətdir əri ilə birlikdə Londonda yaşayır, orada xeyli daşınmaz əmlaka malikdir.
Həmin mənbənin verdiyi xəbərə görə, iki gün əvvəl Londondan gələn Mikaela əyləncə üçün Afina yaxınlığında villa kirayələyib.
Polisin əməliyatı zamanı həmin villada külli miqdarda narkotik və 43 min avro ələ keçirilib.
Newsit-in məlumatına görə, iki gün əvvəl polis yıgıncaqla bağlı siqnal alıb. Görüşün məxfiliyini qorumaq üçün Mikaela dostlarına onlayn dəvətnamələr göndərirmiş.
Polis bazar ertəsi səhər tezdən reyd keçirərək, Mikaela da daxil olmaqla 13 nəfəri saxlayıb.
Hadisə yerindən kokain, ekstazi həbləri, Xanax, sirr, LSD, ketamin, metamfetamin və digər narkotik vasitələr aşkar edilib.
Polisin məlumatına görə, tədbir iştirakçıları həbs olunan zaman narkotik qəbul ediblər. Onlardan bəziləri DJ masasında tapılıb.
Dünya mətbuatının yazdığına görə, yanvarın 2-də Afina məhkəməsi saxlananların gələcək taleyi ilə bağlı qərar verəcək. /Musavat.com/
Baxış sayı:83
Bu xəbər 01 Yanvar 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















