Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Londondan verilən mesajlar...

Londondan verilən mesajlar...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan “yaşıl enerji”nin cəlbedici investisiya məkanına çevrilir

Bu günlərdə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londonda keçirilən illik toplantısı çərçivəsində “Azərbaycan: yaşıl inkişaf və bağlantıya aparan yeni keçid nöqtəsi” mövzusunda investisiyaya baxış sessiyasında “yaşıl enerji” dəhlizlərində ölkəmizin enerji habı kimi strateji mövqeyi vurğulanıb. Azərbaycanda “yaşıl enerji” keçidinin səmərəli təşkili, özəl sektordan investisiyaların cəlbi və dayanıqlı enerji istehsalının təşviqi sahəsində görülən işlər qeyd olunub. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)  “Masdar” şirkətinin baş maliyyə direktoru Mazin Xan bildirib ki, Azərbaycan hökumətinin təmin etdiyi əlverişli tənzimləyici mühit sayəsində bərpaolunan enerji mənbələrinə investisiya qoyuluşu artır və bu sahə daha cəlbedici istiqamətə çevrilir. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik iclası çərçivəsində keçirilən panel müzakirəsində bildirib ki, BƏƏ və Azərbaycanı eyni enerji bənzərliyi birləşdirir. Hər iki ölkə əvvəllər neft və qaza yönəlmiş siyasət yürüdürdüsə hazırda dayanıqlı enerji balansında “yaşıl enerji” amili daha çox ön plana keçməkdədir. Yeni enerji siyasətinə keçid Azərbaycan və BƏƏ-nin iqtisadi cəhətdən əsaslandırılmış yeni uğurlu strategiyası olmaqla yanaşı, ekoloji hədəflərinin də müasir vizyonunu nümayiş etdirir.

Bərpaolunan enerji üzrə proqnozlar nikbindir

Azərbaycanın bərpaolunan enerji sektorunun xarici investorlar üçün cəlbedici olduğunu xatırladan M.Xanın fikrincə, üç əsas amil sərmayəçilərin marağının artmasında mühüm rol oynayır. Birinci amil ölkə rəhbərliyinin “yaşıl enerji”yə və təmiz enerji dövrünə keçiddə yüksək dərəcədə sadiqliyidir. Dövlət bu sahədə öz niyyətlərini açıqlayıb. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırmağı əsas hədəfi kimi elan edib.

İkinci amil təbii ehtiyatların, xüsusilə günəş və külək enerjisi ehtiyatlarının həcmləri barədə nikbin proqnozlardır. Azərbaycanda həm quruda, həm də dənizdə böyük külək enerjisi potensialı var. Qiymətləndirmələrə əsasən, Azərbaycanda “yaşıl enerji” mənbələrinin potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır.Təkcə, Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır.

Üçüncü amil tənzimləyici mühitin yaxşılaşdırılmasıdır. Azərbaycan hökuməti bu sahədə çalışan şirkətlərin fəaliyyəti üçün güclü normativ baza yaradıb, əlverişli iqtisadi mühiti təmin edib.

“Masdar”ın Azərbaycanda iddialı investisiya planları

AYİB-in toplantısında Azərbaycanın “yaşıl enerji” ixracında rolu və yeni dəhlizlərdə təşəbbüskarlığı da təqdir olunub. “Xəzər-Qara dəniz-Avropa” dəhlizinin yaradılmasından sonra Azərbaycanın “yaşıl ixracatçı”ya çevrilməklə Avropa və Asiya arasında yeni təchizatçı olacağı diqqətə çatdırılıb. Bərpaolunan enerjinin isteshalı və emalı, habelə ixracında xarici tərəfdaşlarla əməkdaşlıq, o cümlədən BƏƏ ilə yaxın və faydalı əlaqələrin mühüm əhəmiyyəti vurğulanıb. Bu prosesdə “Masdar” şirkətinin həyata keçirdiyi layihələr nümunə kimi dəyərləndirilib.

Qeyd edək ki, “Masdar” ölkəmizdə ən potensial investorlardan biridir, şirkət 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyasına 262 milyon dollarlıq sərmayə yatırıb. Şirkətlə ötən il imzalanmış sazişlərə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. Bundan başqa, “Masdar”la SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

“Masdar” şirkəti Azərbaycanlı şirkətlərlə birgə Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində işləyir. İnvestisiya planına əsasən, Azərbaycanın bərpaolunan enerji sahəsinə 2 milyard dollardan artıq sərmayə yatırılacaq.

Azad ərazilər “yaşıl enerji” körpüsünə qoşulur

Məlum olduğu kimi Azərbaycanın “yaşıl enerji” strategiyasında əsas potensial güc mənbəyi kimi azad edilmiş ərazilərin resursları xüsusi yer tutur. Ortamüddətli inkişaf konsepsiyasında bu ərazilər Yaşıl Enerji Zonası elan edilib və müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb. Həmin strateji yanaşmaya əsasən, Yaşıl Enerji Zonasında enerji istehsalı üçün bir neçə mənbə müəyyən edilib. Bunlar bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, elektrik nəqliyyat vasitələrindən istifadə, günəş panellərinin qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarının tətbiqi, ağıllı enerji idarəetmə kimi modellərdir.

 “Masdar” şirkəti bu ərazilərdəki “yaşıl enerji”yə böyük maraq göstərir və yaxın vaxtlarda azad edilmiş ərazilərin bərpaolunan enerji mənbələrinin istismarına dair yeni sazişlərin imzalanması ehtimal olunur. Bu ölkənin dövlət və biznes icmasının təmsil olunduğu böyük bir nümayəndə heyəti ölkəmizdə səfəri çərçivəsində azad edilmiş ərazilərə baş çəkərək bölgənin resursları və investisiya imkanları ilə yaxından tanış olub. Səfər zamanı BƏƏ-nin özəl şirkətlərin Qarabağın bərpa prosesində iştirakının nəzərdən keçirildiyi vurğulanıb.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 May 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see994

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see576

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see323

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see304

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see302

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see299

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see295

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see254

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see228

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see180

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see172

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see169

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri